Azərbaycan regionun ən güclü sənaye mərkəzinə çevrilir

 

Sənaye Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Zəngin ənənələrə malik Azərbaycan sənayesi XIX əsrdən etibarən böyük bir inkişaf yolu keçmişdir. Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilmişdir. Dünyada ilk neftayırma zavodu neft tankeri Azərbaycanda istifadəyə verilmiş, 1900-cü ildə Azərbaycan neft hasilatına görə dünyada birinci olmuşdur. İkinci Dünya müharibəsində Azərbaycan SSRİ-nin neft neft emalı məhsullarının 70 faizdən çoxunu təmin edirdi.

Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsasını qoymuş, sənayenin inkişafına böyük diqqət yetirmişdir. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilmiş, bir sıra iri sənaye müəssisələri yaradılmış, sənayenin strukturu təkmilləşmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə sənaye istehsalı 2,7 dəfə artmışdır.

Müstəqilliyin ilk illərində ölkədə baş vermiş böhran, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənayedə tənəzzülə səbəb olmuş, sənaye istehsalının həcmi çeşidi azalmışdır. Sənayenin yenidən canlanma tarixi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalananƏsrin müqaviləsiilə başlanmışdır.

Ulu öndərin rəhbərliyi ilə sənaye sahəsində görülən məqsədyönlü tədbirlərin nəticəsində tezliklə sənaye istehsalında artım qeydə alınmışdır. Bu dövrdə qiymətlərin liberallaşdırılması, sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmiş, bazar iqtisadiyyatı institutları yaradılmışdır. Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, TRASEKA kimi böyük layihələrin əsası da məhz bu dövrdə qoyulmuşdur. Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycan sənayesinin böhrandan sonra bazar iqtisadiyyatı şəraitində sağlam təməllər üzərində yenidən canlanması illəri kimi xarakterizə oluna bilər.

Ümummilli liderin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən 12 ildə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri olmuşdur. Ənənəvi istehsal sahələrinin fəaliyyəti genişlənmiş, yeni istehsal sahələri yaradılmış, əsas qida məhsulları inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlmişdir.

Bu illərdə Azərbaycan təbii qaz elektrik enerjisi idxalçısından ixracatçıya, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri inkişaf etdirilmişdir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu bu sahədə yeni imkanlar açacaq. Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP TAP layihələrinin reallaşdırılması isə hələ uzun illər Azərbaycanda iqtisadiyyatın, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək. Ötən il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illik yubileyi günündə təməli qoyulmuşCənubqaz dəhlizi nəinki regionun, hətta qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında xüsusilə əhəmiyyətli olacaq, iqtisadiyyatın bir çox sahələrinin, eləcə sənayenin inkişafına təkan verəcək.

Həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənaye sahəsi genişləndirilmiş, yeni istehsal gücləri istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılmışdır. Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması karbamid zavodunun inşası, Qaradağda sement zavodunun istehsal gücünün artırılması yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi s. yeni müəssisələr qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Müasir texnologiyalara qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi rəqabətqabiliyyətliyi sürətlə artır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, ərzaq məhsulları, mebel s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik alternativ enerji sahələri yaradılmış hazırda bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ilinSənaye ilielan edilməsi, sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin regionun güclü sənaye mərkəzi kimi formalaşmasına təkan vermişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında 2014-cü ilinSənaye ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, ötən il ölkədə 20-dən çox orta iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri artırılmışdır.

Sənaye müəssisələri tərəfindən 2015-ci ilin ötən dövründə 15,8 milyard manatlıq ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 63,8 faizi mədənçıxarmada, 28,5 faizi emal bölməsində, 6,9 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi emalı bölməsində istehsal olunmuşdur. Emal bölməsində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 4,8 faiz, kimya sənayesi 2,2 dəfə, poliqrafiya fəaliyyəti 77,2 faiz, tikinti materialları istehsalı 14,8 faiz, metallurgiya sənayesi 7,8 faiz, hazır metal məmulatların istehsalı 40,7 faiz, elektrik avadanlıqlarının istehsalı 38,7 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,7 faiz çoxalmışdır. İstehsal edilmiş məhsulun 99,8 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2015-ci il vəziyyətinə 306,5 milyon manatlıq hazır məhsul olmuşdur. Hazırda Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır.

Ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası, işlənmiş mühərrik yağlarının plastik qabların təkrar emalı üzrə fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçmişdir. Neftçalada sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılıb yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ölkənin digər regionlarında da sənaye parklarının məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf xəttinə uyğun olaraq, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, sənaye sahəsində son məhsuladək texnoloji zəncirin qurulması, müasir sənaye parklarının məhəllələrinin yaradılması istiqamətində işlər görülür. Dövlət başçısının məqsədyönlü, vətənimizin sürətli inkişafını gələcəkdə təmin edəcək uzaqgörən siyasəti ölkəmizin siyasi-iqtisadi qüdrətini daha da artıracaq, Azərbaycan yaxın illərdə regionun güclü sənaye mərkəzinə çevriləcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 6 sentyabr.- S. 1.