İtaliyanınNotizie Geopolitichexəbər portalı Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasından bəhs edir

 

İtaliyanınNotizie Geopolitichexəbər portalında Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ilə bağlı növbəti məqalə yer alıb.

Yazıda son zamanlar tərəflər arasında atəşkəsin tez-tez pozulması halları təhlil olunur. Diqqətə çatdırılır ki, uzun illər davam edən münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ona bitişik yeddi rayonu işğal olunub bir milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkünə çevrilib.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə yer verilib. O, ermənilər tərəfindən azərbaycanlıların haqlarının tez-tez pozulması bu xüsusda 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri xatırladıb.

Müəllif yazır ki, münaqişənin həlli istiqamətində iyirmi ildən artıq davam edən danışıqlar prosesi hələ bir nəticə verməyib. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Lakin buna baxmayaraq, Ermənistan hələ hərbi qüvvələrini həmin ərazilərdən çıxarmayıb.

 

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Azərbaycan.- 2015.- 6 sentyabr.- S. 2.