RAGB-ın sədri Leyla Əliyevanın dəstəyi ilə bu təşkilatın fəalları Ümumrusiya
Tələbə Forumunda
iştirak edirlər
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın dəstəyi ilə bu təşkilatın fəalları Rostov-Donda 2015-ci il Ümumrusiya Tələbə Forumunda iştirak edirlər.
RAGB-ın idarə heyətindən AZƏRTAC-a bildiriblər ki, forumun açılışı Don Dövlət Texniki Universitetində olub. Forumda 2 minədək gənc, o cümlədən RAGB-ın Rostov regional bölməsinin fəalları iştirak edirlər.
Forumun təşkilatçıları Rusiya Təhsil və Elm Nazirliyi, Rostov vilayətinin hökuməti və Cənub Federal Universitetidir. Açılış mərasimində iştirak edən RF təhsil və elm nazirinin müavini Yekaterina Tolstikova, Rostov vilayəti qubernatorunun birinci müavini İqor Quskov və Cənub Federal Universitetinin rektoru Marina Borovskaya forumun iştirakçılarını salamlayıblar.
Forumun işi 15 tematik istiqamət üzrə aparılacaq. Əsas məqsəd tələbələrin peşəkar, yaradıcı və sosial imkanlarının reallaşdırılması üçün yeni şəraitin yaradılmasına yönəlmiş fəaliyyətin federal inkişaf strategiyasını işləyib hazırlamaqdır.
Forum sentyabrın 6-da başa çatacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2015.- 6 sentyabr.- S. 3.