Məhəmməd Tağı Sidqinin oxuduğu Ordubad mədrəsəsi

 

Ordubad mədrəsəsi XVIII əsrdə Nadir şahın göstərişi ilə Ordubad şəhərinin mərkəzində, qədim Şərq üslubunda inşa edilmişdir. Bina indiyədək qalmaqdadır. Onun fasadındakı kaşı üzərində yazılardan bəlli olur ki, hicri 1126, miladi 1724-cü ildə Ordubadda çoxlu savadlı adam olmuş, xüsusilə tanınmış alim ordubadlı Məhəmməd İbrahim Nadir şahın diqqətini çəkmiş burada dövlət üçün zabit kadrlar hazırlayan mədrəsə tikdirmişdir. Məktəb ikimərtəbəli olub, həyətindəki yeraltı hamam sonralar uçub-dağılmış, yerində başqa binalar tikilmişdir.

Mədrəsənin müdiri Məhəmməd İbrahim isə çox çəkmədən öz yetirmələri ilə birlikdə Nadir şahla səfərlərə çıxmışdır. Həmin yürüşlər zamanı beş qonşu dövləti birləşdirən böyük bir imperiya yaradılmışdır. Bu imperiya Hindistana qədər gedib çatmışdı. Axırda isə Nadir şahın qoşunları Dehli şəhərini işğal etmişdi. Yorucu yürüşlər yoluxucu xəstəlik nəticəsində Məhəmməd İbrahim vəfat edir. Onu OrdubadınMalik İbrahimqəbiristanlığında dəfn edirlər. Qəbrinin daşını isə bütün kitabələrdən fərqli yaradırlar. O zaman gözəl sinədaşlarını əgər ikiqat işləmə ilə vermişdilərsə, onun qəbir daşını beşqat işləmə ilə oyma şəklində düzəltmişlər. Daşın yanında beş ölkənin birləşdirilməsinə dair sözlər yazılmış onu alqışlamışlar. Axırda isə Nadir şahın Dehlidə olmasını yazıb həkk etmişlər.

Sözügedən mədrəsə Azərbaycan Rusiyanın tərkibinə daxil edildikdən sonra da öz fəaliyyətini davam etdirmiş, məktəbdə dini təbiət elmlərinin öyrədilməsi həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 160 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Məhəmməd Tağı Sidqi burada təhsil almış, ərəb-fars dillərini, Şərq ədəbiyyatını, tarixini islam dinini öyrənərək bir müddət İranda yaşamış, sonra Ordubada qayıdaraq çayçı dükanı işlətmiş, həmyerlilərinin maliyyə köməyi ilə yeni tipliƏxtər” (Ulduz) məktəbini bu mədrəsədə açmış, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Burada dərslər yüksək səviyyədə keçirildiyindən məzunlar da güclü yaradıcılıq qabiliyyətinə malik olmuşlar.

Belə məzunlardan Türkiyədə Azərbaycanın səfiri olmuş İbrahim Əbilovu, tarixi roman janrının əsasını qoyan Məmməd Səid Ordubadini başqalarını misal göstərmək olar. Lakin Ordubadda XIX əsrin sonunda baş verən vəba, taun xəstəliyi Sidqinin təşkil etdiyi məktəbin fəaliyyətində bir sıra çətinliklər törədir. Müəllimlərin bir neçəsi xəstəliyə düçar olub vəfat edir. Tək qalan Məhəmməd Tağı Sidqi Naxçıvan şəhərində yeni məktəb açmaq üçün dəvət alır o da buradaMəktəbi-tərbiyə”ni açır. Bu məktəbdə bir çox alimlərin, şairlərin yetişməsində M.T.Sidqinin böyük rolu olur. Belə insanlardan biri Hüseyn Cavid idi.

Hüseyn Cavid bu məktəb müəllimi barəsində özünün xatirələrində qeyd etmiş, M.T.Sidqinin şəklini özünün ən əziz adamı kimi evində başı üzərindən asmış həmişə ona hörmət dəyər vermişdir. Hüseyn Cavid özünün poetik-romantik ruhlu şair olmasında Sidqinin xüsusi xidmətlərini dəfələrlə qeyd etmişdir, hətta indi onun ev muzeyində M.T.Sidqinin şəkli yuxarı başda asılmışdır. Şair xatirələrində M.T.Sidqinin gözəl insan, görkəmli pedaqoq olmasını, millətə çoxlu fayda verdiyini dönə-dönə vurğulamışdır.

Təəssüf ki, M.T.Sidqi Naxçıvanda problemlərlə üzləşir. Dövrün cahilpərəstləri, köhnəfikirli adamları onu bu yurdda yola vermirlər. Son anda indiki Kəngərli rayonunun Qarabağlar kəndində cahil insanlar tərəfindən öyrədilmiş xain ermənilər onun yeməyinə zəhər qataraq bu dahi pedaqoqun həyatına son qoyurlar.

Beləliklə, M.T.Sidqinin açdığı məktəblər bağlanır. Bütün bunlara baxmayaraq, görkəmli maarifçi-pedaqoq, xeyirxah insan, yenilikçi müəllim M.T.Sidqi xalqın qəlbində  daim yaşayır.

 

Cabir CABBAROV

Ordubad rayonu

 

Azərbaycan.- 2015.- 6 sentyabr.- S. 6.