TÜRKSOY Opera Günlərində Azərbaycan sənətçiləri iştirak edəcək

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan "Opera Günləri" 18-ci dəfə sənətçiləri bir araya gətirəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-dən 24-dək davam edəcək 18-ci TÜRKSOY Opera Günlərinin konsertləri Türkiyədə Şimali Kiprdə baş tutacaq.

Quruma üzv ölkələrin opera balet sənətçiləri sentyabrın 15-də İstanbulda, 17-18 sentyabrda Şimali Kiprdə çıxış edəcək, 23-24 sentyabrda isə Antalyada keçiriləcək 22-ci Beynəlxalq Aspendos Opera Balet Festivalında TÜRKSOY gecəsində iştirak edəcəklər.

TÜRKSOY Opera Günlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tatarıstan, Başqırdıstan, Çin Şimali Kiprdən 24 sənətçi iştirak edəcək. Azərbaycanı bu tədbirdə Dövlət Akademik Opera Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor) balet cütlüyü Ayan Eyvazova Anar Mikayılov təmsil edəcəklər.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2015.- 6 sentyabr.- S. 8.