Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin ikinci dərəcəli yeni sərhəd gözətçi gəmisi ilə tanış olub

 

Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə onların texniki göstəriciləri ilə bağlı stendə baxdı.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla təsdiq olunmuşAzərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası dəniz sərhədlərimizin mühafizəsinin etibarlı təşkili üçün xüsusilə əhəmiyyətli olub. Bu Proqram çərçivəsində Bakı şəhərinin Türkan qəsəbəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni bazası inşa edilib 2008-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə açılışı olub.

Dövlətimizin başçısının 2013-cü ildə imzaladığı Sərəncamla təsdiq etdiyiAzərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə vasitələrin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2014-cü ildə gəmi inşası zavodunun açılışını edib. Bu gün Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq Xəzərdə neft-qaz infrastrukturunun mühafizəsini yüksək səviyyədə yerinə yetirir.

Prezident İlham Əliyevə inşası başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi barədə məlumat verildi.

Bildirildi ki, inşası başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri, hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı geniş istifadə ediləcək.

Müasir tipli radioelektron naviqasiya cihazları, qəza-xilasetmə digər avadanlıq quraşdırılan sərhəd gözətçi gəmiləri katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək imkanlarına malikdir. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir göstərir. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzulu döyüş taktiki təlimlərin keçirilməsi Dövlət Sərhəd Xidmətində artıq ənənə halı alıb.

Bu zavodun fəaliyyət göstərdiyi müddətdə itisürətli yüksək üzmə qabiliyyətli, müasir silahlar, mükəmməl naviqasiya rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli altı sərhəd gözətçi gəmisi inşa edilərək Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib. Bunun sayəsində Xəzər dənizində Azərbaycan sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində uğurlu nəticələr əldə olunub.

Dövlətimizin başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış oldu, üçüncü dərəcəli gəmilərin keçidinə baxdı.

Azərbaycanın Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində bu xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının 2005-ci ildə imzaladığı Fərmanla sərhəd gözətçi gəmilər dəstəsinin əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təsis edilməsi nəticəsində Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunması dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yarandı. Dövlət Sərhəd Xidməti dənizdə sərhəd mühafizəsinin təşkili üzrə beynəlxalq təcrübədən istifadə edərək Xəzərdə səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması istiqamətində mühüm işlər görüb.

Bu gün Dövlət Sərhəd Xidməti Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya qaçaqmalçılığa qarşı mübarizə aparılması, döyüş hazırlığının yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli layihələr reallaşdırıb. Xidmət əməkdaşlarının mənzil şəraitlərinin ən müasir səviyyədə qurulması, yeni inzibati yaşayış binalarının inşası isə ümumilikdə Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə çox müsbət təsir edib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin şəxsi heyəti təlim məşqlər zamanı topladığı bilik təcrübəni bilavasitə dövlət sərhədinin mühafizəsi zamanı bacarıqla tətbiq edir. Gəmi heyətləri Xəzər dənizində çətin şəraitdə dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Beləliklə Azərbaycan sərhədçiləri Ali Baş Komandan İlham Əliyevin etimadını doğrultmaq üçün dənizdə dövlətimizin maraqlarını qorumağa sərhədlərimizin toxunulmazlığını şərəflə təmin etməyə daim hazırdır.

Azərbaycan Prezidenti İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu, tövsiyə tapşırıqlarını verdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 1.