Prezidentin Mətbuat Xidmətinin məlumatı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması yaralanması ilə bağlı dərindən kədərləndiyini bildirib, Türkiyə Respublikasının Prezidenti şəhid olmuş hərbçilərin ailələrinə yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev bu dəhşətli terror aktının törədilməsinin Azərbaycanda qətiyyətlə pislənildiyini vurğulayaraq, Azərbaycan xalqının daim dost qardaş Türkiyə xalqının yanında olduğunu bildirib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 1.