Azərbaycan beynəlxalq layihənin İşçi Qrupunun sədri seçilib

 

Koreya Respublikasının İnçheon şəhərində Asiya-Pasifik İnformasiya Magistralı üzrə İşçi Qrupunun birinci toplantısı keçirilib. Tədbir BMT-nin Asiya Sakit Okean üzrə İqtisadi Sosial Komissiyası (UN ESCAP) Koreya Respublikasının Elm, İKT Gələcək Planlaşdırma Nazirliyi ilə birgə təşkil olunub. İclasda Azərbaycan beynəlxalq layihənin İşçi Qrupunun sədri seçilib.

Bu barədə  toplantıda iştirak edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin katibliyinin rəhbəri Zaur Həsənov məlumat verib.

Z.Həsənov bildirib ki, iclasda Asiya-Pasifik İnformasiya Magistralının regiona verə biləcəyi töhfə əsas müzakirə mövzusu olub. Bundan əlavə,  Asiya-Pasifik İnformasiya Magistralının regionda iqtisadi inkişaf üçün yaratdığı imkanlardan söz açılıb. Qeyd olunub ki, bu  layihə mobil internetin inkişafı, e-ticarətin həcminin artması, yeni proqramların, tətbiqlərin yaradılması üçün əlverişli mühit formalaşdırır.

Asiya-Pasifik İnformasiya Magistralı regionunda yerləşən dövlətlərin müvafiq nazirliklərinin Orta Asiya ölkələrinin nümayəndələrinin, Beynəlxalq Telekommunikasiya İttifaqının, UN ESCAP rəhbərlərinin, İKT məsələləri ilə məşğul olan beynəlxalq qurumların vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak etdiyi iclasda İşçi Qrupun idarə edilməsi üçün rəhbər seçkilər keçirilib. Seçkilər nəticəsində İşçi Qrupun idarəçiliyinə 4 ölkə seçilib: “Azərbaycan, Çin, Cənubi Koreya Pakistan İşçi qrupuna rəhbərlik edəcək. Burada əsas rəhbər statusunda (“chair”) Pakistan çıxış edəcək. Digər 3 ölkə eyni statusa (“co-chair”) malikdir. Bu rəhbərlik müəyyən zaman çərçivəsində həyata keçirilir”, - deyə Z.Həsənov bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 2.