Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Kinoloji Təlim Mərkəzinin rəsmi açılış mərasimi keçirilib

 

Sentyabrın 7-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Kinoloji Mərkəzinin rəsmi açılışı olub. Açılışda Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, bir sıra dövlətlərin gömrük orqanlarının kinoloji xidmətlərinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, həmçinin Kinoloji Mərkəzin bazasında ÜGT- üzv olan bir sıra dövlətlərin gömrük xidmətlərinin itlərdən təlimçilərdən ibarət komandalarının nümayişi keçirilib Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturlarının xidməti itlərlə çoxnövçülükdə birincilik üzrə V yarışına start verilib. Yarış sentyabrın 11-dək davam edəcək.

Mərasimə qatılan bir sıra dövlətlərin gömrük orqanlarının kinoloji xidmətləri arasında Argentina, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistan nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, əvvəllər kinoloji idarə kimi fəaliyyət göstərən 2003-cü ildən kinoloji mərkəz adını almış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi artıq 20 ildir fəaliyyət göstərir.

Kinoloji mərkəzin fəaliyyətinə toxunan Aydın Əliyev qeyd edib ki, bu müddət ərzində güclü bir Kinoloji Mərkəz formalaşdırılıb burada istifadə edilən xidməti itlərin köməyi ilə irimiqyaslı əməliyyatlar həyata keçirilib, külli miqdarda narkotik vasitələr, partlayıcı maddələr sairə aşkarlanıb. Bu müddət ərzində beynəlxalq əlaqələrə xüsusi diqqət ayrılıb.

Xüsusi təlimlərdə iştirak edən, hazırlıqlı itlərimiz beynəlxalq mübadilə ilə xarici ölkələrə bağışlanılıb. Əfqanıstan, Makedoniya, Türkiyə, Monqolustan, Toqoda bizdə təlim keçmiş itlər fəaliyyət göstərir. ÜGT isə bu xidmətlərimizi nəzərə alaraq bizim mərkəzə regional təlim mərkəzi statusu verib. ÜGT-nin ümumilikdə bu cür 8 mərkəzi var ki, bunlardan biri bizim Kinoloji Mərkəzdir,- deyə komitə sədri vurğulayıb.

Açılışda Qabona iki xüsusi təlim keçmiş it bağışlanıb. Sənədlər Qabon Gömrük Xidmətinin əməkdaşına təqdim olunub. Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya isə çıxışında sərhədlərin qorunması, təhlükəsizliyi sahəsində mərkəzin böyük əhəmiyyətə malik olduğunu deyib açılışa görə Aydın Əliyevə təşəkkür edib. O bildirib ki, vəzifələrin yerinə yetirilməsində yaxşı təlim görmüş itlərin rolu əvəzsizdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında, təhlükəsizlik baxımından itlərin hazırlığı böyük önəm daşıyır. Bu gün imzalanan memoranduma əsasən artıq bu mərkəz beynəlxalq status daşıyır. Bu isə nəinki bir ölkəyə, eləcə beynəlxalq miqyasda gömrük işinə yardım etmək deməkdir.

Daha sonra Kinoloji Mərkəzin bazasında ÜGT- üzv olan bir sıra dövlətlərin gömrük xidmətlərinin itlərdən təlimçilərdən ibarət komandalarının nümayişi keçirilib, Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya iştirakçılara sertifikatlar təqdim ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 8 sentyabr.- S. 3.