Koreya Əmək Partiyasının
Birinci Katibi, Koreya Xalq Demokratik
Respublikası Dövlət
Müdafiə Komitəsinin
Birinci Sədri, Koreya Xalq Ordusunun
Ali Baş Komandanı
Zati-aliləri cənab
Kim Çen Ina
Zati-aliləri,
Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 sentyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 2.