Azərbaycan ilə San-Marino arasında saziş konvensiya imzalanıb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov San-Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdəAzərbaycan Respublikası Hökuməti San-Marino Respublikası Hökuməti arasında diplomatik xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqındaSaziş Azərbaycan Respublikası San-Marino Respublikası arasında gəlirlərə əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqındaKonvensiya imzalanıb.

E.Məmmədyarov səfərin Azərbaycan San-Marino arasında münasibətlərin inkişafı baxımından tarixi səfər olduğunu deyib bunun əlaqələrin gələcəyi üçün yeni bir səhifə açdığını vurğulayıb.

P.Valentini regiona ilk səfərini Azərbaycana etməsindən məmnun olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edən kapitan-regentlər Andrea Belluzi Roberto Venturinin ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Görüşdə Azərbaycan San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakının mümkünlüyü qeyd edilib.

Daha sonra Avropa İttifaqı ilə əlaqələrin qurulmasına münasibətdə hər iki ölkənin mövqeyi barədə geniş fikir mübadiləsi aparılıb beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Dünyanın siyasi arenasında baş verən proseslərin müzakirəsi zamanı P.Valentini beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində bütün dövlətlərə eyni yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin hələ icra olunmamasının üzv dövlətlərə qarşı eyni yanaşmanın tətbiq edilmədiyinə bariz nümunə olduğunu bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 6.