BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıqla əlaqədar təşkilatın nümayəndə heyəti Bakıdadır

 

BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya gəlib.

Mədəniyyət Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ilə tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət turizm naziri Əbülfəs Qarayev arasında görüş keçiriləcək.

Görüşdə Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti, Forumun keçirilməsi barədə müqavilənin mətni, Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət hökumət başçılarının, nazirlərin dəvət olunması, tədbirin TV internet üzərindən yayımlanması digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində nümayəndə həyətinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2016-cı il aprelin 25-dən 27-dək BMTSA-nın 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb.

Forumda BMT üzv ölkələri, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxsin iştirakı gözlənilir.

 

Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 6.