Xalq yazıçısı haqqında dəyərli monoqrafiya

 

70 illik yubileyini təntənə ilə qeyd edəcəyimiz  Azərbaycan Milli Elmlər Akademiyası bu sahənin zəngin ənənələrini özündə yaşadan, müasir dövrün tələbləri səviyyəsində inkişaf istiqamətlərini müəyyənləşdirən həyata keçirən yaradıcı beyin mərkəzidir. Bu beyin mərkəzi Azərbaycan xalqının milli maraqlarının qorunmasında, Azərbaycan dövlətçiliyinə ölkənin bütün sahələr üzrə elmi intellektual səviyyəsinin yüksəldilməsində  müstəsna əhəmiyyətə malikdir. Elm məbədinin inkişafına böyük dəyər verən ümummilli lider Heydər Əliyev demişdir: “1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaranması Azərbaycan elminin əldə etdiyi böyük nailiyyətləri bütün dünyaya nümayiş etdirmişdir. Bu gün biz fəxr edə bilərik ki, Azərbaycan xalqı XX əsrdə dünya elminə böyük töhfələr vermişdir. Azərbaycan ölkəsi elmlər ölkəsidir. Azərbaycan xalqı elmli, bilikli, yüksək təhsilli xalqdır. Bunlar da Azərbaycanın istedadlı insanlarının elmi axtarışları, elmi ixtiraları, böyük elmi əsərləri ilə dünyada tanınmışdır”.

Ulu öndərin bu qürurverici fikirləri ilə tanış olduqda istər-istəməz  müqəddəs elm məbədinin - Azərbaycan Elmlər Akademiyasının yaradıcı-təsisçiləri yada düşür: Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun, Yusif Məmmədəliyev, Mirzə İbrahimov, Mirəsədulla Mirqasımov, Əbdülkərim Əlizadə, Heydər Hüseynov başqaları! O böyük dühaların, şəxsiyyətlərin həmtəsisçiliyi ilə 1945-ci il martın 27-də mövcud elmi baza əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradılmışdır. xoş təşəbbüs, xoş uğurdur ki,  Azərbaycan elminin ictimai-ədəbi fikrinin qızıl fondunu təşkil edən bu görkəmli  şəxsiyyətlər haqqında Azərbaycan Milli Elmlər Akademiyasının qərarı ilə onların bilavasitə bu beyin mərkəzi ilə bağlı ictimai-siyasi fəaliyyətlərini əks etdirən kitablar çap olunur.  Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiləri seriyasından növbəti kitabAkademik Mirzə İbrahimov”a həsr edilib. Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun müəllifliyi ilə işıq üzü görən bu kitabda Azərbaycan Milli Elmlər Akademiyasının həmtəsisçilərindən olan xalq yazıçısı Mirzə İbrahimov böyük sevgi ilə yad olunur. On iki bölmədən ibarət, nəfis şəkildə hazırlanmış bu kitabda müasir Azərbaycan ədəbiyyatının elminin təşəkkülündə, inkişafında Mirzə İbrahimovun ədəbi, elmi ictimai-siyasi fəaliyyəti dolğun şəkildə oxuculara çatdırılır.

Kitabda da qeyd olunduğu kimi, akademik Mirzə İbrahimov 1937-ci ilin sonlarından başlayaraq  müxtəlif məsul vəzifələrdə - opera teatrının direktoru, Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi, Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində (1942-1947) çalışmışdır. Azərbaycan EA təsis edilərkən (1945) onun ilk həqiqi üzvlərindən biri seçilmişdir. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin (1948-1954) sədri, birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə  heyətinin (1965-1975) katibi, Azərbaycan  Respublikası Nazirlər Soveti sədrinin (1947-1950) müavini, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin (1954-1958) sədri vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XIX, XXII-XXVIII qurultaylarında MK-nın Büro üzvü seçilmişdir. Müxtəlif xarici ölkələrdə səfərlərdə olmuş, elmi ictimai-siyasi tədbirlərdə fəal iştirak etmişdir.

Əlbəttə, 300 səhifəlik bir kitabda Mirzə İbrahimovun çoxcəhətli ədəbi, elmi, ictimai-siyasi yaradıcılığı haqqında geniş təfərrüatı ilə söz açmaq bəlkə qeyri-mümkündür. Ancaq müəllifin peşəkarlığı, ustad qələmi ilə  Mirzə İbrahimov yaradıcılığının ictimai-siyasi fəaliyyətinin ana xəttini təşkil edənMirzə İbrahimovun ana dili uğrunda mübarizəsi”,  Mirzə İbrahimov Təbrizdə (1941-1945),  Milli demokratik hərəkatın tarixi missiyası”, “Mirzə İbrahimov Cənubi Azərbaycan ədəbi-ictimai fikri”, “Mirzə İbrahimovun cənub yazıçıları ilə yaradıcılıq əlaqələri  adlı  bölmələrdə geniş tədqiqat nəticəsində üzə çıxmış elmi mənbələr, xatirələr yeni faktlarla tanış olmaq mümkündür.

Kitabda xüsusi bölmədə verilmiş ictimai rəydə böyük nüfuz sahibi olan “Elm mədəniyyət xadimlərinin sözü  akademikin zəngin ədəbi yaradıcılığı haqqında  dəyərli fikirləri, dövləti vəzifələrdə göstərdiyi millilik şəxsi həyatındakı uğurlu anlar oxucularda böyük rəğbət hissi yaradır.

Kitabda xalq yazıçısı, akademik Mirzə İbrahimovun çoxcəhətli ədəbi-bədii ictimai-siyasi fəaliyyəti fonunda onun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri həqiqi üzvü kimi müasir milli ədəbiyyat tarixinin yaradılmasında, ədəbi-nəzəri fikrin, ədəbiyyatşünaslığın inkişafında səmərəli xidmətləri barədə geniş təsəvvür yaradılır.

Filologiya elmləri doktoru Teymur Əhmədov

un gərgin əməyinin bəhrəsi olanAkademik Mirzə İbrahimovkitabı tədqiqatçılar geniş oxucu auditoriyası üçün maraqlıdır. 

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2015.- 9 sentyabr.- S. 7.