Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmişQaçqınstatusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmişQaçqınstatusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nıAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 795; 2004, № 1, maddə 19; 2007, № 8, maddə 765; 2008, № 3, maddə 168, № 8, maddə 722; 2010, № 8, maddə 718, № 9, maddə 770; 2011, № 5, maddə 378; 2015, № 5, maddə 514) ilə təsdiq edilmişQaçqınstatusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci abzasın birinci cümləsindəndaxili işlər orqanları tərəfindən”, “zərurət yarandıqda onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalırsözləri çıxarılsın;

2. aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə, o, “qaçqınstatusu verilməsi məsələsi həll edilənə qədər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir saxlanılır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 1.