Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”niAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551; 2014, № 9, maddə 1063; 2015, № 2, maddə 119) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.7-2-ci bəndəYaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqındaAzərbaycan Respublikasının Qanununasözlərindən sonra Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinəsözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 9.17-3-cü 9.20-2-ci bəndlər əlavə edilsin:

“9.17-3. qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətini təşkil etmək onların idarə olunmasını, o cümlədən həmin mərkəzlərdə rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin etmək;”

“9.20-2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda qaydada əcnəbilərin ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini saxlanılmasını təmin etmək;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 1.