Azərbaycanın xarici işlər naziri Qazaxıstana səfərə yola düşüb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının sentyabrın 10-da Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas çərçivəsində E.Məmmədyarovun çıxışı ikitərəfli görüşləri nəzərdə tutulub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 2.