Görkəmli sənətkar Habil Əliyev son mənzilə yola salınıb

 

Sentyabrın 9-da məşhur kamança ustası, Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" "İstiqlal" ordenli Habil Əliyev son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının matəmsayağı bəzədilmiş salonunda postament üzərinə qoyulmuşdu.

Salonda həzin musiqi sənətkarın ifa etdiyi mahnılar səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Habil Əliyevin həmkarları, dostları, tanınmış mədəniyyət xadimləri, onun ifasının pərəstişkarları axın-axın Filarmoniyaya gəlir, görkəmli bəstəkara gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev sənətkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, bənzərsiz ifaçılıq məharətindən geniş söz açıb.

Bildirilib ki, görkəmli tarzən Qurban Pirimovdan məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar rənglər qatmaqla onun imkanlarını olduqca yüksəkliklərə qaldırıb. Daim öz üzərində işləyən sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib.

Vurğulanıb ki, Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı bəxş edib.

Kaman ustası keçmiş SSRİ respublikalarında eləcə dünyanın bir çox ölkələrində - Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya s. qastrol səfərlərində olub. Sənətkarın ABŞ, Fransa, Yaponiya, İtaliya Yunanıstanda Azərbaycan muğamlarından xalq mahnılarından ibarət kompakt diskləri buraxılıb.

Ə.Qarayev vurğulayıb ki, Habil Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət hökumət tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif orden medallarla, döş nişanları fəxri fərmanlarla təltif olunub.

Nazir deyib ki, Habil Əliyevin xatirəsi onu tanıyanların, eləcə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Vida mərasimində çıxış edən xalq artistləri Firəngiz Əlizadə, Siyavuş Kərimi, Arif Babayev, Şəfiqə Eyvazova Canəli Əkbərov Habil Əliyevin çoxşaxəli yaradıcılığından, insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi natiqlər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilib.

Qeyd olunub ki, Habil Əliyevə bir çox şairlərimiz onlarca şeir həsr edib, rəssamlarımız tablolar çəkib, heykəltəraşlarımız büstlər işləyib, xalçaçılarımız üzərində sənətkarın portreti olan xalçalar toxuyub, yazarlarımız onun haqqında kitablar yazıblar.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Mərhumun ailəsi adından çıxış edən Əli Əmirəliyev babasının xatirəsinə göstərilən hörmət ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə vida mərasiminə toplaşanlara minnətdarlığını bildirib.

Sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2015.- 10 sentyabr.- S. 4.