Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin tabeliyindəŞahdağ Turizm MərkəziQapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Qusar rayonu ərazisində, Qafqazın şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən ərazisi 2 min hektardan artıq sahəni əhatə edən Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildən başlanılmışdır. Layihələndirmə, tikinti, təchizat idarəolunma işlərinə bir sıra xarici ölkənin təcrübəli şirkətləri cəlb olunmuşdur.

Kompleksin ərazisində 3, 4 5 ulduzlu hotellərin, mehmanxanaların, kanat xizək yollarının, idman qurğularının digər sosial obyektlərin tikintisi nəzərdə tutulub. Hazırda Kompleksdə dünya standartlarına uyğun 500 yerlik 3 hotel, uzunluğu 6 min metrdən artıq olan 7 kanat yolu, 13 min metr olan 11 dağ-xizək enişi turistlərin istifadəsinə verilmişdir. Kompleksə on kilometrlərlə uzunluqda yüksək gərginlikli elektrik fibro-lifli rabitə xətləri, qaz, su kəmərləri, avtomobil yolları çəkilmişdir. Kompleksdə layihə üzrə nəzərdə tutulan obyektlərin tikintisi tam başa çatdıqdan sonra hər gün 10 min turisti qəbul etmək mümkün olacaq, yerlərinin sayı isə 5 minə çatdırılacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olanŞahdağ Turizm MərkəziQapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.

2. Müəyyən edilsin ki, Cəmiyyət Mədəniyyət Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm digər infrastruktur obyektlərini, nəqliyyat kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir.

3. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Cəmiyyətin Nizamnaməsinin strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə:

3.2.1. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət zərər hesablarının təsdiqi, mənfəətinin zərərinin bölüşdürülməsi;

3.2.2. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

3.2.3. Cəmiyyətin işçilərinin say həddinin xərclər smetasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin sədrinin sədrin müavinlərinin vəzifəyə təyin vəzifədən azad edilməsi;

3.2.5. bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

3.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

3.3.1. Cəmiyyətin idarə, nümayəndəlik filiallarının yaradılmasına ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə ya ləğvinə razılıq verilməsi.

4. Cəmiyyətin yenidən təşkili ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Cəmiyyətin Nizamnaməsini strukturunu iki ay müddətində təsdiq etsin;

5.2. Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən tikintisi başa çatdırılmış obyektlərin Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin;

5.3. Cəmiyyətin ərazisinin hüdudlarını müəyyənləşdirərək təsdiq etsin;

5.4. Cəmiyyətin balansında olan, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına inşa edilmiş obyektlərə çəkilən xərclərin onun nizamnamə kapitalına yönəldilməsini təmin etsin;

5.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.8. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi cari ildən başlayaraq, Cəmiyyətin büdcəsinin formalaşdırılması maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Cəmiyyətin onun səhmlərinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 11 sentyabr.- S. 2.