Azərbaycanın yəhudi icmasına

 

Hörmətli həmvətənlər!

SiziAzərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu diləklərimi yetirirəm.

Ölkəmizdə yaşayan bütün xalqlar etnik azlıqlar arasında qarşılıqlı hörmət etimada əsaslanan dostluq münasibətlərinin, etnik-mədəni müxtəlifliyin, zəngin multikultural ənənələrin qorunub saxlanılması daha da inkişaf etdirilməsi bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Belə düşünülmüş siyasətin nəticəsidir ki, müasir Azərbaycan cəmiyyəti dünyada tolerantlığın, sivilizasiyalararası mədəniyyətlərarası dialoq mühitinin uğurlu örnəyi kimi qəbul edilir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, yəhudi icması ölkəmizin ictimai-siyasi mədəni həyatında özünəməxsus koloriti ilə seçilir hazırda Azərbaycanda gedən böyük tərəqqi inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirir.

Əziz dostlar!

Hər il Azərbaycanda böyük təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı, xeyirxahlıq həmrəylik duyğularını təcəssüm etdirir. Qoy bu əziz bayram həyatınıza sevinc səadət, süfrənizə xeyir bərəkət gətirsin.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2015-ci il.

 

Azərbaycan.- 2015.- S. 11 sentyabr.- 1.