2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 18/135

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası səlahiyyətli nümayəndələr təyin etmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci,   28.4-cü 52-ci maddələrinə əsasən qərara  alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Müsavat Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Vəliyev Rəşad Elməddin oğlu

Fərəcov Hüseynqulu Malik oğlu

Məmmədov İzzət Məhəmməd oğlu

Pənahov Kamal Novruzəli oğlu

Əhmədov Nizam Əvəz oğlu

Tağıyev Səmit Daşdı oğlu

Mustafayev Fəxri Fərhad oğlu

Rüstəmov Nurəddin Telman oğlu

Əsgərov Kənan Akif oğlu

Nəsibov Akif Lətif oğlu

Qafarov Qabil Əzim oğlu

Rəsulzadə Kamil Vidadi oğlu

Allahverdiyev Əziz Nadir oğlu

Kazımov Cavanşir Əlişirin oğlu

Məmmədov Məzahir Zahid oğlu

Məlikov Şahid Şakir oğlu

Quliyev Yusif Həbib oğlu

Niftiyev Namik Yolu oğlu

Hüseynov İslam Sahib oğlu

Rzayev Cəfər Əhməd oğlu

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

12.09.2015

 

Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 6.