Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 18/137

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Tahir Əli oğlu İsmayılov 95 saylı Tərtər, Yadulla Saleh oğlu Süleymanov 123 saylı Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Lamiyə Əli qızı Məmmədova 95 saylı Tərtər, Vaqif Həsən oğlu Cahangirov 123 saylı Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

12.09.2015

 

Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 6.