UNEC Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığı genişləndirir

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri professor-müəllim heyəti ilə görüşmüşdür.   

Gazi Universiteti, Bilkənt Universiteti, Hacettepe Universiteti, Orta Şərq Texniki Universiteti (ODTÜ) TOBB İqtisadiyyat Texnologiya universitetləri ilə keçirilən görüşlər zamanı tələbə müəllim mübadiləsinin həyata keçirilməsi , ikili diplom proqramlarının təşkili, “Gənc müəllimGənc professor” layihələri, gənc doktorların hazırlanmasına dəstək verilməsi, “ERASMUS+” proqramında birgə iştirak digər məsələlər ətrafında müzakirələr aparılaraq sənədlər imzalanmışdır.

Türkiyənin tanınmış ali məktəblərindın olan Gazi Universitetində keçirilən görüşdə iki universitet arasındakı gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilmişdir. Professor Ədalət Muradov Gazi Universitetinin Elmi Şurası qarşısında çıxış etmişdir. Daha sonra hər iki universitetin rektoru, professor Ədalət Muradov professor Süleyman Büyükberber arasında əməkdaşlıq protokolu imzalanmışdır.

Sənədə əsasən, UNEC-in “Beynəlxalq Magistratura Doktorantura Mərkəzi”ndə Gazi Universiteti ilə birlikdə ilk mərhələdəBiznesin idarə edilməsiixtisasında magistratura pilləsində ikili diplom proqramının təşkil edilməsi, tələbə müəllim mübadiləsinin genişləndirilməsi “ERASMUS+” proqramında birgə əməkdaşlığın həyata keçirilməsi mümkün olacaq.

Türkiyənin ən böyük modern universitet kitabxanasına malik olan Bilkənt Universitetinin rektoru, professor Abdullah Atalar ilə keçirilən görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. İmzalanan protokola əsasən, MBA üzrə ikili diplom proqramının təşkili, kitabxana sisteminin UNEC- qurulmasına müvafiq dəstəyin verilməsi həyata keçiriləcək.

Akademik reytinqinə görə, Türkiyə universitetləri arasında 1-ci yerdə olan Hacettepe Universitetinin rektoru, professor Murat Tuncerlə görüş zamanı əməkdaşlıq əlaqələri qiymətləndirilmiş gələcək əlaqələrin daha da genişləndirilməsi məqsədilə çoxaspektli əməkdaşlıq protokolu imzalanmışdır. SənədMaliyyəSəhiyyə menecmentiixtisasları üzrə magistratura pilləsində ikili diplom proqramlarının təşkilini, tələbə müəllim mübadiləsinin genişləndirilməsini, kitabxana-informasiya sisteminin modernləşdirilməsinə dəstək verilməsini, “Gənc müəllimGənc professor” layihəsi iştirakçılarına araşdırma elmi məsləhətçilik dəstəyinin verilməsi, “ERASMUS+” proqramlarında birgə əməkdaşlığın edilməsini özündə ehtiva edir.

Orta Şərq Texniki Universitetində (ODTÜ) keçirilən görüşdə imzalanan protokola əsasən, UNEC-in məzunlar assosiasiyasının qurulmasında bu ali məktəbin  təcrübəsindən istifadə edilməsi, Mevlana proqramından geniş istifadə etməklə tələbə müəllim mübadiləsinin təşkili, 7-8 oktyabr tarixlərində Avropa Birliyi ilə birgə  keçiriləcəkAvropa Tədqiqat Məkanında Türk Universitetləriadlı konfransa UNEC nümayəndə heyətinin dəvət edilməsi birgə tədqiqat layihələrinin həyata keçirilməsi, gənc müəllimlərin təcrübə keçməsinə şərait yaradılması nəzərdə tutulmuşdur.

Türkiyənin güclü akademik heyətinin çalışdığı geniş imkanlara malik ali təhsil müəssisələrindən biri olan TOBB İqtisadiyyat Texnologiya Universitetinə edilən ziyarət çərçivəsində rektor professor Adem Şahinlə görüş baş tutmuşdur. İki universitet arasında gələcək əməkdaşlığın təməlini təşkil edəcək əməkdaşlıq protokoluna TOBB-un “Beynəlxalq Sahibkarlıqproqramlarının birinin UNEC ilə ortaq təşkil edilməsi, iqtisadiyyat biznes bölmələri, həmçinin MBA üzrə tələbə müəllim mübadiləsinin təşkili, UNEC-dəkı islahatlara TOBB ETÜ tərəfindən texniki metodiki dəstəyin verilməsi, “Gənc müəllimGənc professor” layihələrinə dəstək verilməsi, “ERASMUS+” proqramında birgə iştirak məsələləri daxil edilmişdir.

Səfər çərçivəsində UNEC rektorunun Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç sədr müavini, professor Mehmet Şişmanla görüşü zamanı iki ölkə universitetləri arasındakı əməkdaşlıq əlaqələri,  o cümlədən Türkiyənin digər  ali təhsil ocaqları ilə əlaqələrinin inkişafı məsələləri müzakirə edilmişdir. Sədr Yekta Saraç UNEC-in Türkiyə universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirərək, ikili diplom proqramlarına dəstək verəcəyini bildirmişdir.

 

Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 7.