“The Washington Post” qəzeti Azərbaycan haqqında qərəzli məqaləyə səfirliyin şərhini dərc edib

 

“The Washington Post” qəzeti həmin qəzetdə dərc olunmuşAzərbaycanın ədalətsizliyisərlövhəli məqaləyə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin siyasət şöbəsinin əməkdaşı Samirə Səfərovanın şərhini dərc edib. Xatırladaq ki, bu məqalə Leyla Arif Yunusun həbs edilməsi barədə məhkəmə hökmünə qəzet redaksiyasının rəyinə həsr edilib. Səfirliyin əməkdaşı yazır ki, “The Washington Post” qəzetinin hər hansı kiçik ölkəyə, o cümlədən Azərbaycana ciddi diqqət yetirməsi onun barəsində tez-tez reportajlar dərc etməsi həmin ölkə üçün xoşagələn hesab edilə bilər, lakin belə materialların birtərəfli xarakteri, o cümlədən qəzetin 17 avqust tarixli nömrəsində dərc edilmişAzərbaycanın ədalətsizliyisərlövhəli redaksiya məqaləsi oxucuda təəssüf doğurur.

S.Səfərova daha sonra yazır ki, qanunvericiliyə riayət edilməsi hər bir cəmiyyətdə mühüm rol oynayır. Ona görə hətta kimsə məhkəmənin ilkin qərarı ilə razı olmadıqda belə, işin bütün məhkəmə sistemindən, o cümlədən apelyasiya məhkəmələrindən keçməsinə imkan vermək lazımdır. Bu prosedur Birləşmiş Ştatlarda çoxlarına yaxşı məlumdur. Səfirliyin əməkdaşı vurğulayır ki, yalnız ideoloji səbəbləri əsas götürərək prokurorluğun arqumentlərinin etinasızcasına qəbul edilməməsi cəmiyyətin inkişafına heç əlverişli şərait yaratmır.

İnsanlar arasında əlaqələr məsələsinə gəldikdə, Azərbaycan tərəfi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunun erməni azərbaycanlı icmalarının nümayəndələri arasında görüşlərin tərəfdarıdır. Səfirliyin şərhində qeyd edilir ki, Ermənistanın bu cür dialoqdan imtina etməsinin səbəbləri bizim strateji əhəmiyyətli regionumuzda baş verən digər hadisələr qəzetdə daha geniş kompleks şəkildə işıqlandırılmağa layiqdir, lakin biz hələlik bunu müşahidə etməmişik.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 7.