İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda keçiriləcəkseçkilər”i pisləyən bəyanat yayıb

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçiriləcək qondarma seçkiləri pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi qətiyyətli mövqeyinə uyğun olaraq, 2015-ci il sentyabrın 13-də Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçiriləcəkbələdiyyə seçkiləri”ni qeyri-qanuni BMT Təhlükəsizlik Şurasının, ATƏT, İƏT-in qətnamələrinə zidd hesab edir.

Bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində, beynəlxalq qətnamələrə qərarlara uyğun olaraq sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərdə rəsmi Bakıya dəstəyini davam etdirəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.- 2015.- 13 sentyabr.- S. 7.