Əli Həsənov: Avropa Parlamenti artıq reallıq hissini itirib Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilib

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edib.

Əli Həsənov bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti əldə etdiyi mühüm nailiyyətlər Qərbdəki bəzi islamofob, ermənipərəst dairələri qıcıqlandırır getdikcə daha çox narahat edir. Əli Həsənov deyib: “Əminliklə demək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv qərəzli qətnamələr həmin dairələrin təhriki bu struktura davamlı təzyiqinin nəticəsidir. Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin kənardan idarə olunan ayrı-ayrı fraksiyalarının fəallaşması bu qurumun islamofob rəhbərliyinin yaxından iştirakı ilə ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halı alıb. Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə bu qurumun rəhbərliyinin oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Onlara xatırlatmaq istərdim ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır buna görə Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil”.

Qətnamədə əks olunmuş iddialara gəldikdə, Əli Həsənov qeyd edib ki, şübhəli mənbələrdən daxil olan informasiyalar əsasında hazırlanmış subyektiv mülahizələr heç bir halda ciddi qəbul oluna bilməz: “Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hökumətin əsas tələbi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mövcud azadlıqlardan sui-istifadə hallarına yol verilməsin, bu sahədə şəffaflıq qanunların aliliyi təmin olunsun. Azərbaycan qanunlarında, beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Azərbaycanda məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu istəklərini deyil, qanunun tələblərini əsas götürürlər. Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin bütün hüquqları təmin olunur qanunla qadağan olunmayan ehtiyacları tam ödənilir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxildir yerli məhkəmələrin qərarlarından həmin instansiyaya şikayət verilə bilər. Buna görə konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Qərbin yürütdüyü siyasətin bütün dünya üçün ağır fəsadlar törətdiyini diqqətə çatdıraraq deyib ki, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Avropa Parlamenti birbaşa müdaxilə hərbi təcavüz nəticəsində vətəndaş qarşıdurması arenasına çevrilmiş ölkələrin milyonlarla vətəndaşının aqibətini düşünsə daha yaxşı olar: “Bu gün onlarla ölkənin iqtisadiyyatının çökməsi milli sərvətlərinin talan edilməsində iştirak edən, yüz minlərlə insanın öz ölkəsini tərk etmək məcburiyyətində qalmasına səbəbkar olan bəzi Qərb liderlərinə qarşı sanksiyaların tətbiq edilməsi daha məntiqli ədalətli olardı. Avropa Parlamenti Avropa İttifaqı məkanında dini irqi ayrı-seçkilik, faşizm ksenofobiya kimi halların qarşısını almalı, media nümayəndələrinin, QHT fəallarının hüquqlarının pozulmasını araşdırmalı günahkarların cəzalandırılmasını tələb etməlidir”.

Əli Həsənovun sözlərinə görə, Azərbaycanda korrupsiya hallarının araşdırılmasını tələb edən Avropa Parlamenti Avropa İttifaqı ölkələrində milyardlarla avro vəsaitin müxtəlif vasitələrlə mənimsənilməsi hallarına qiymət verməli bu özbaşınalığa qarşı etiraz edən vətəndaşların səslərinin susdurulmasına, etiraz aksiyalarının qəddar şəkildə dağıdılmasına göstəriş verən məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmalıdır: “Yaxşı olardı ki, Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının ayırdığı milyonlarla avro vəsaitinAvropa vergiödəyicilərinin pullarının əslində hansı məqsədlərə xərcləndiyini araşdırsın bu vəsaitlərin havaya sovrulduğunu anlasın. Bu günlərdə keçirilmiş məhkəmə proseslərində təsdiq olundu ki, bəzi QHT rəhbərləri Azərbaycan qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla xaricdən aldıqları qrantları Avropada mülklər əldə etməyə, özlərinin dəbdəbəli həyat tərzinə şəxsi bank hesablarını doldurmağa xərcləyiblər”.

Avropa Parlamentinin beynəlxalq təşkilatları Azərbaycan Milli Məclisinə seçkilərə müşahidə missiyası göndərməkdən çəkindirmək çağırışına münasibət bildirən Əli Həsənov qeyd edib ki, bu, həmin qurumun artıq reallıq hissini itirdiyini müxtəlif dairələrin əlində oyuncağa çevrildiyini açıq şəkildə göstərir: “Bu günlərdə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda avroparlamentarilər qarşısında çıxışı zamanı baş verən bir insidentlə bağlı istehza ilə demişdi ki, Avropa Parlamentinə hər cür adam düşə bilər. Onun fikrini inkişaf etdirərək bildirmək istərdim ki, Avropa Parlamenti həm hər cür absurd gülünc qətnamə qəbul edə bilər. Bu qurumun təcrübəsində belə hallar dəfələrlə olub Azərbaycanla bağlı qəbul olunmuş sonuncu qətnamə bir daha bunu təsdiq edir”.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivinə gəldikdə, Əli Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüquqlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib bu gün öz mövqeyində qalır. Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, “böyük-kiçikmünasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək. Artıq bu həqiqəti anlamağın münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır.

 

Azərbaycan.- 2015.- 12 sentyabr.- S. 4.