Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını, ikiüzlülüyünü bir daha nümayiş etdirdi

 

Sentyabrın 14-də Azərbaycan Respublikasının Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamənin müzakirəsi məqsədilə toplantı keçirilib.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Parlamentinin bu qərəzli qətnaməsinin Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurduğunu bildirib. Baş nazirin müavini bu qətnamədə əksini tapan fikirlərin tamamilə əsassız ittihamlar tələblər olduğunu vurğulayıb.

Əli Həsənov deyib ki, Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Bu səlahiyyətlər Avropa İttifaqına üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Azərbaycanla bağlı qətnamə qəbul etmək isə Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Bu qurumun belə addım atması, ümumiyyətlə son illər Avropanın bəzi ölkələrində Azərbaycana qarşı münasibətin dəyişməsi respublikamızın əldə etdiyi böyük nailiyyətlərlə əlaqədar yaranan qıscanqlıqdan, paxıllıqdan irəli gəlir. Avropanın ən böyük tədbirləri Azərbaycanda keçirilir. Xüsusilə, ilk Avropa Oyunlarının Azərbaycanda böyük uğurla keçirilməsindən sonra Avropada Azərbaycana qarşı belə qərəzli addımların atılacağı gözlənilirdi. Bu, qısqanclığın, paxıllığın xüsusilə erməni diasporunun təsirinin nəticəsidir. Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Avropa Parlamentinin üzvlərinin ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur. Bu gün dövlətimizin başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlərdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, xüsusilə ordumuzun güclənməsindən qorxuya düşən erməni diasporu hərəkətə keçib qərəzli addımların atılmasında onun böyük rolu var.

Baş nazirin müavini bildirib ki, hazırda Avropa 50-60 min qaçqının əlində qalıb, hansı qərarı qəbul etmək barədə çətinlik çəkir. Ancaq görün Azərbaycan 1 milyondan çox qaçqın məcburi köçkünün problemlərinin həlli istiqamətində hansı işləri görüb?! Bu sahənin idarə olunması Prezident İlham Əliyev tərəfindən tam təmin edilib. Təsadüfi deyil ki, BMT-nin qaçqınlar üzrə ali komissarı Azərbaycan Prezidenti tərəfindən bununla bağlı görülən işlərin dünya üçün bir nümunə olduğunu deyir.

Əli Həsənov bildirib ki, bu gün biz Avropada qaçqınlarla dərəcədə kobud rəftar edilməsinin şahidi oluruq. Özləri isə insan hüquqlarından, demokratiyadan danışırlar. İyirmi ildən çoxdur ki, bizim 1 milyondan çox qaçqın məcburi köçkünümüzün hüquqları pozulur. Avropa Parlamenti niyə susur?! Avropa Parlamenti Azərbaycanda konkret cinayət əməllərinə görə qanunvericiliklə mühakimə olunan iki-üç nəfərin hüquqlarının pozulduğunu deyir. Məgər Avropa ölkələrində cinayət törədənlər məhkəmə qanunu ilə mühakimə olunanda onların hüquqları pozulur?! Niyə onlar Avropa ölkələrində polisin insanlara qarşı tətbiq etdiyi zorakılıqdan, Ermənistanda insanlara qarşı həyata keçirilən kütləvi zorakılıqdan danışmırlar?! Budur onların üzü. Bu, riyakarlıqdır, ikiüzlülükdür.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Azərbaycanda insan hüquq azadlıqlarının, söz mətbuat azadlığının tam təmin olunduğu bir vaxtda reallığı əks etdirməyən belə bir qətnamənin qəbul olunması yolverilməzdir. Azərbaycanda demokratik prinsiplərin möhməkləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Avropanın özündə isə insan haqlarının pozulması ilə bağlı ciddi problemlər mövcuddur. Bu qətnaməni hazırlayanların heç Azərbaycan reallıqlarından xəbəri yoxdur. Buna görə Avropa Parlamentinin bu addımı ikili standartlarla yanaşmadan, qərəzdən, riyakarlıqdan baş bir şey deyil.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib ki, Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi ölkəmizi, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Bu kampaniyanın təşkilatçıları isə Azərbaycandakı sabitliyi, ölkəmizdəki sosial-iqtisadi inkişafı gözü götürməyən qüvvələrdir. Bu gün Azərbaycan xalqı öz iradəsini ifadə edib. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun yürütdü siyasəti tam dəstəkləyir.

Kəlbəcər rayonundan məcburi köçkün Şəlalə Məmmədova bildirib ki, Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşdırılması, ölkəmizdə fundamental hüquq azadlıqların qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın məcburi köçkünün pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının pozulması, doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmürlər. İyirmi ildən artıqdır ki, bir milyondan çox insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan faktlar əsasında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi ədalətsizlikdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, heç bir təşkilatın müstəqil bir ölkənin daxili işlərinə qarışmağa haqqı yoxdur. Antiazərbaycan qüvvələrin qəbul etdiyi bu qətnamə qərəzlidir ölkəmizə qarşı təzyiq məqsədi daşıyır. Müəyyən xarici dairələr bəzi ölkələr kimi Azərbaycanı da alət kimi istifadə etməyə çalışırlar. Onları Azərbaycan xalqı, Azərbaycanın həqiqətləri maraqlandırır. Bu kimi təşkilatlar yalnız yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir qərəzli mövqedə dayanır, qeyri-obyektiv qətnamələr qəbul edilir.

Milli Məclisin deputatı Elman Məmmədov Avropa Parlamentinin tarixən Ermənistanın mənafeyinə uyğun sənədlər qəbul etdiyini faktlarla diqqətə çatdırıb. O bildirib ki, bəzi antiazərbaycançı qüvvələr ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün fürsət axtarır, çox mühüm hadisələr ərəfəsində qərəzli kampaniyalar həyata keçirirlər. Avropa Parlamentində bundan əvvəlki qətnamə birinci Avropa Oyunları ərəfəsində qəbul olunmuşdu. Bu dəfə isə parlament seçkiləri kampaniyası dövründə belə bir sənəd qəbul edilib. Qətnamədə əksini tapan fikirlərin hamısı qərəzli, qeyri-obyektivdir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov deyib ki, Avropa Parlamentinin qətnaməsində irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu antiazərbaycan xarakterli olduğunu təsdiq edir. Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir.

Toplantıya yekun vuran Əli Həsənov Avropa Parlamentinin bu qətnaməsinin Azərbaycana qarşı qərəzli münasibətin bir daha göstəricisi olduğunu bildirib. Baş nazirin müavini bugünkü toplantının nəticəsi olaraq Azərbaycanda yaşayan 1 milyon 200 min qaçqın məcburi köçkünün adından Prezident İlham Əliyevə dəstək, Avropa Parlamentinə isə bu qərəzli qətnamənin qəbuluna görə etiraz müraciəti qəbul olunduğunu diqqətə çatdırıb.

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 3.