Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb

 

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə Azərbaycana qarşı 2015-ci il 10 sentyabr tarixli qərəzli qətnaməsi ilə bağlı bəyanat ünvanlayıb.

Bəyanatda Avropa Azərbaycanlıları Konqresinin Avropa Parlamentinin qətnaməsinə dair kəskin narazılığı böyük narahatlığı bildirilir, qətnamənin Azərbaycana qarşı qərəzli qeyri-obyektiv, xüsusilə hədələyən barmaqüslubunda tərtib edildiyi qeyd olunur, Azərbaycanın müstəqillik illərində əldə etdiyi yüksək nailiyyətlərin nəzərə alınmadığı vurğulanır.

Etiraz bəyanatında Avropa Parlamentinə bir sıra suallar ünvanlanıb: Necə olur ki, Avropa Parlamenti Azərbaycandakı insan haqları ilə bu dərəcədə maraqlanaraq, bu məsələyəhəssasqayğıkeşhisslərlə yanaşmada, digər azərbaycanlıların taleyinə biganə qalır? Necə olur ki, Avropada dəfələrlə müzakirə edilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan qondarmaDağlıq Qarabağ respublikasınaqarşı heç bir sanksiya qəbul edilmir? Nədən Xocalı faciəsinin nəticəsində öldürülən insanların, öz yurd-yuvalarından didərgin düşmüş insanların haqları Avropa Parlamentini narahat etmir?

Bəyanatda, həmçinin bildirilir ki, işğalçı Ermənistan beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qərarlarını yerinə yetirmir, işğalı davam etdirir, onların törətdikləri dəhşətlər hələ beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini almayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutublar. Avropa Parlamenti əslində Ermənistan dövlətinə sanksiyalar tətbiq etməli, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə çalışmalıdır.

Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı özü hazırda bir sıra insan hüquqları problemləri qarşısındadır. Belə ki, Avropa İttifaqının bir sıra ölkələrində bu günə qədər insan hüquqları pozulur, insanlar rasizm millətçi basqınlara məruz qalırlar. Belə bir halda Avropa Parlamentinin başqa dövlətlərədərs verməyiqeyri-ciddi yolverilməzdir. Biz - Almaniyada yaşayan azərbaycanlılar Avropa cəmiyyətinin bir hissəsi olaraq Azərbaycana qarşı bu qərəzli qətnaməyə kəskin etirazımızı bildiririk.

Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan demokratik inkişaf yolunda olan bir ölkədir Avropa bu prosessə yalnız dəstək verə bilər, Azərbaycanın daxili siyasətinə qarışmaq yolverilməzdir. AAK Avropa Parlamentini sanksiyalara son qoymağa, ölkələr arasında konstruktiv dialoq aparmağa çağırıb, Avropa Parlamentindən Azərbaycana qarşı ədalətli münasibət tələb edib.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 3.