Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Batumidə keçirilən beynəlxalq konfransda iştirak edib

 

Sentyabrın 10-dan 12-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Konstitusiya Məhkəmələri sədrlərinin iclasında, habeləKonstitusiya Məhkəmələri tərəfindən beynəlxalq müqavilələrin tətbiqimövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanın Batumi şəhərində səfərdə olub.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rəsmi tədbirlərin açılışında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili çıxış edərək Avropa Konstitusiya Məhkəmələrinin nümayəndə heyətlərini salamlayıb, ölkədə konstitusiya ədalət mühakiməsinin inkişafı məsələlərinə toxunub, Avropa ölkələrinin konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd edib.

Gürcüstan dövlətinin başçısı müasir dünyada konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyini vurğulayıb.

Daha sonra konfransda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi beynəlxalq hüquq, qüvvəyə minməmiş dövlətlərarası müqavilələrə dair konstitusiya nəzarətinin həyata keçirilməsi, beynəlxalq hüquqda təsbit edilmiş prinsiplərin konstitusiya məhkəmələri tərəfindən müdafiəsi digər hüquqi məsələlərlə bağlı məruzələr təqdim olunub, fikir mübadiləsi aparılıb.

Konfransın işində, həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 4.