“Jewish Journal” qəzetində ABŞ-ın yəhudi icması ilə Azərbaycanın münasibətləri haqqında material dərc edilib

 

Los-Ancelesdə nəşr olunan nüfuzlu “Jewish Journal” yəhudi qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının sədri Milix YevdayevinBayramlar haqqında Azərbaycanda düşündüklərim - sevinc dostluq iliadlı məqaləsi dərc edilib.

Məqalədə müəllif cari ildə Azərbaycanın yəhudi icması üçün əhəmiyyətli hadisələr haqqında yazır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Roş Ha-Şana bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına illik təbrik məktubu əlamətdar hadisədir. Müraciətdə dövlət başçısı ölkənin yəhudi icmasına dərin minnətdarlığını ifadə edir. M.Yevdayev qeyd edir ki, müsəlman ölkəsinin liderinin bu nümunəsi haqda bütün dünya bilməlidir.

Sonra o, Los-Ancelesdəki Sinay sinaqoquna səfəri ilə bağlı təəssüratlarını bölüşür. Ravvin Devid Uolpun rəhbərlik etdiyi bu sinaqoqun üzvləri Bakıdakı dağ yəhudiləri sinaqoquna Tövrat nüsxəsi hədiyyə ediblər.

Müəllif Los-Ancelesdəki Piko Şul sinaqoqunun ravvini Yon Bukstaynın sanballı dəstəyini qeyd edərək vurğulayır ki, o, sinaqoqda Xocalı soyqırımının qurbanlarının xatirəsinə dua oxunması üçün imkan yaradıb.

Azərbaycanın Dağ Yəhudiləri İcmasının sədri daha sonra qeyd edir ki, bu il o, Nyu-Yorkda yaşayan öz vətəninə - Azərbaycana səfər etmiş çoxsaylı dağ yəhudiləri ilə görüşüb. M.Yevdayev yazır ki, o, İtaliyada, Almaniyada Fransada səfərdə olub, ölkəmizdə minilliklər boyu mövcud olan dinlərarası sülh sahəsində Azərbaycanın uğurları barədə həmin ölkələrdə söhbət açıb.

Məqalənin sonunda Milix Yevdayev Azərbaycanın yəhudi icması adından hamıya uğurlu Yeni il arzulayıb.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 5.