Parisdə “İpək və
Alov” musiqi festivalının açılış
konserti olub
Sentyabrın 13-də Parisdə “Théâtre des Champs Elysées” konsert zalında “İpək və Alov” musiqi festivalının açılış konserti olub.
Konsertdən əvvəl “Lamuğö” orkestrinin bədii rəhbəri Pyer Tilua ilə görüş keçirilib. Görüşdə fransalı bəstəkar Azərbaycana ilk səfəri, ölkəmizin tanınmış musiqiçiləri haqqında ətraflı məlumat verib.
Açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “İpək və Alov” festivalının təşkilinə görə təşəkkür edib. O, tamaşaçıları Müluzda keçirilən musiqi festivalını izləməyə dəvət edib.
Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə “Lamuğö” orkestri Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasını səsləndirib. Konsert proqramında Qara Qarayevin, Fikrət Əmirovun, Hacı Xanməmmədovun, Vaqif Mustafazadənin əsərləri
tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb və musiqiçilər dəfələrlə səhnəyə dəvət olunublar. Emil Əfrasiyab və Murad Hüseynovun ifaları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda bəstəkar Pyer Tiluanın “Exil” (Sürgün) əsəri təqdim olunub. Əsər tamaşaçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, artıq 15 ildir Azərbaycanla sıx əlaqələri olan Pyer Tilua ölkəmizlə bağlı “Yanar dağ” və Xocalı soyqırımına həsr etdiyi “Khodjaly 613” musiqi əsərlərinin müəllifidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2015.- 15 sentyabr.- S. 8.