Azərbaycan Prezidenti İlham Əliyevin Çexiya Prezidenti Miloş Zemanın təkbətək görüşü

 

Sentyabrın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Prezidenti Miloş Zemanın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Əlaqələrimizin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.

Söhbət zamanı ikitərəfli münasibətlər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 1.