Geniş tərkibdə görüş

 

Sentyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Prezidenti Miloş Zemanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Bir daha Azərbaycana xoş gəlmisiniz.

Cənab Prezident, Sizi görməkdən məmnunam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq biz ikitərəfli əlaqələrdə irəli addımlayacağıq.

Bir qədər əvvəl müzakirələrdə dediyimiz kimi, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Əlaqələr bir çox sahələri əhatə edir yaxşı təmələ malikdir. Biz siyasi, iqtisadi, mədəni, enerji sahələrində əməkdaşlıq edirik. İkitərəfli səviyyədə bizim aramızda tam qarşılıqlı anlaşma var.

Biz Sizinlə bir neçə dəfə Çex Respublikasında, digər yerlərdə görüşmüşük indi Bakıda görüşürük. Əlaqələrimizin inkişafı regional məsələlərlə bağlı bizim aramızda tam qarşılıqlı anlaşma var.

Bu gün biz regional vəziyyəti müzakirə etdik. Regional sabitlik, proqnozlaşdırma imkanı müsbət inkişafın mühüm elementlərindəndir. Sabitliyin pozulduğu ölkələrdə biz çox mənfi nəticələrin şahidi oluruq. Çex Respublikası Azərbaycan yaxşı tərəfdaş, dost ölkələrdir. Sözsüz ki, biz əsas diqqəti iqtisadi əməkdaşlığın stimullaşdırılmasına yönəldəcəyik.

Sabah biz ölkələrimizin biznes dairələri ilə görüşəcəyik. Biznes sahəsində böyük potensial var. Biz sözsüz ki, indi bunu nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirə edəcəyik, lakin Sizin səfəriniz ərəfəsində mənim əldə etdiyim məlumat qarşılıqlı ticarətdə yaxşı irəliləyişin, artımın olduğunu göstərir. Biz ticarətin strukturuna diqqət yetirməli onu indikindən daha balanslaşdırılmış etməliyik.

Cənab Prezident, bir daha xoş gəlmisiniz. Əminəm ki, Azərbaycanda vaxtınızı mənalı keçirəcəksiniz, ölkəmiz barədə daha çox məlumat əldə etmək imkanınız olacaq. Çox sıx səfər proqramınız var. Sizə ən xoş arzularımı çatdırıram. Təşəkkür edirəm.

 

X X X

 

Çexiya Prezidenti Miloş ZEMAN dedi:

-Təşəkkür edirəm, cənab Prezident.

İcazə verin, Sizin sözünüzü təkrarlayım. Dediyiniz kimi, əməkdaşlıq barədə xoş sözlər söyləmək gözəldir, lakin konkret müqavilələri imzalamaq bundan da yaxşıdır. Mən haqlıyammı? Çox gözəl. Mən mənim həmkarlarım ölkənizə hansısa problemi həll etmək üçün gəlməmişik. Çünki bizim aramızda ümumiyyətlə problem yoxdur. Biz iqtisadi əməkdaşlığımızın potensialından istifadə etmək, bu potensialı daha da artırmaq üçün buradayıq.

 

X X X

 

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd olundu, iqtisadi əməkdaşlığımızın inkişafından məmnunluq ifadə edildi bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi. Nəqliyyat, energetika, qarşılılıqlı investisiya qoyuluşu, turizm digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 1.