Braziliyanın Deputatlar Palatasının nümayəndə heyəti Milli Məclisdə olub

 

Sentyabrın 15-də Braziliya Deputatlar Palatasında Xarici Əlaqələr Katibliyinin sədri Atila Lins müşavir-elçi Marcus Andre Rouanet Machado de Mello Milli Məclisdə olublar.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən söz açıb. Milli Məclis üçün parlamentlərarası əlaqələrin vacib olduğunu deyən S.Seyidov bildirib ki, bu baxımdan Braziliya parlamenti ilə qurulan əlaqələr xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, Braziliya bizim regionla əlaqələrini yüksək tutmaq istəyən ölkədir. Azərbaycan da Braziliya ilə əlaqələrini genişləndirməkdə maraqlıdır qarşılıqlı fikir mübadilələrinə önəm verir.

Komitənin üzvü Asim Mollazadə deyib ki, Azərbaycan Braziliya ilə əlaqələri genişləndirməkdə maraqlıdır bu əlaqələrin gələcək inkişafı da mühüm əhəmiyyət daşıyır. Braziliyanın böyük turizm imkanları var iki ölkə arasında turizm əlaqələrinin qurulması, qarşılıqlı biznes mühitinin formalaşdırılması olduqca vacibdir. Həmçinin elm-təhsil, mədəniyyət digər sahələrdə əlaqələrin inkişafı üçün böyük imkanlar var. Azərbaycandakı universitetlərdə müxtəlif ölkələrin dil mərkəzlərinin olduğunu deyən A.Mollazadə gələcəkdə universitetlərdə Braziliya mərkəzinin yaradılmasının da vacibliyini vurğulayıb.

Atila Lins Bakıda olmaqdan məmnunluğunu bildirib Braziliyanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Braziliya parlamentinin 600 üzvünün olduğunu deyən A.Lins Azərbaycanın parlament nümayəndələrinin ölkəsinə səfərlər təşkil edilməsinin parlamentlərarası əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın neft-qaz ölkəsi olduğunu bildiyini gələcəkdə Braziliya ilə enerji sahəsində əlaqələrin yaradılması üçün böyük imkanların olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 5.