Çexiyanın birinci xanımı İçərişəhərdə olub

 

Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 15-də “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunda olub.

Qonağın İçərişəhər ilə tanışlığı Qoşa Qala qapısından başlayıb. Kiçik Qala küçəsində gəzinti zamanı Çexiyanın birinci xanımı təndirdə bişirilən çörəyə qonaq edilib.

Sonra İvana Zemanova elektromobillə İçərişəhərdə gəzintiyə çıxıb. Ona UNESCO-nun Dünya İrsi Siyahısına daxil olanİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri yerləşir bu abidələr dövlət tərəfindən qorunur.

Sonra İ.Zemanova Şərq memarlığının şah əsərlərindən biridünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə tanış olub. Bildirilib ki, XV əsrdə inşa edilən bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Şirvanşahlar sarayı Xəzər dənizindən şəhər ətrafındakı təpələrdən aydın görünür. Kompleks tarixi-memarlıq əhəmiyyətini zəmanəmizdə qoruyub saxlayır.

Qonaq Miniatür Kitab Muzeyində olub. İ.Zemanovaya muzeyin fəaliyyəti onun ekspozisiyasına daxil olan kitablar barədə ətraflı məlumat verilib.

Sonra qonaq Qız qalası ilə tanış olub. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılan qalada bir neçə il əvvəl konservasiya işləri görülüb. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindr formalı bu tarixi abidə əsas qüllədən cənub tərəfdən ona bitişik dayaq tikilidən ibarətdir.

Sıratağlı Dini-Memarlıq Kompleksi Karvansaray ərazisində ekspozisiya birinci xanımın böyük marağına səbəb olub.

Sonda İvana Zemanovaya xatirə hədiyyələri təqdim edilib.

İçərişəhərin abidələri muzeyləri ilə tanışlıq Çexiyanın birinci xanımında böyük təəssürat doğurub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 7.