Akademik Kamal Abdullayevin Şamaxı məktəbində mühazirəsi maraqla qarşılanıb

 

Multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi artıq danılmaz həqiqətdir. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb. Azərbaycanda bütün dinlərin nümayəndələri yanaşı ibadət edir, birgə yaşamın ən gözəl nümunəsini sərgiləyirlər. Azərbaycan multikulturalizminin siyasi banisi olan ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.

Bu siyasəti uğurla davam inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, qloballaşma dövründə, informasiya mübadiləsinin bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid sadəcə məhvə məhkumdur: “Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır”.

Həyata keçirdiyi maarifçilik layihələri ilə zamanın nəbzini tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr - Bilik günü münasibətilə ölkəmizin bütün bölgələrində Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr təşkil edib. Millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Fondunİlboyu Bilikproqramı çərçivəsində Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbindəHeydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidirmövzusunda mühazirə deyib. Mühazirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi humanitar məsələlər üzrə müavini Gülnisə Ələkbərova, Mədəniyyət Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova, rayon məktəbliləri müəllimlər, yerli ziyalıların nümayəndələri iştirak ediblər.

Məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən akademik K.Abdullayev bildirib ki, çoxmədəniyyətlilik Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir. Multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu olduğunu deyən akademik bu kimi xüsusiyyətlərin Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm bu gün kifayət qədər görümlü təsiredici olduğunu vurğulayıb. Azərbaycanda multikultural dəyərlərin tarixi köklərinə toxunan dövlət müşaviriKitabi-Dədə Qorquddastanından, şifahi yazılı ədəbiyyatımızdan keçən bariz nümunələrin uzaq keçmişdən bu günümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut etdiyini bildirib.

Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu”, – deyən akademik onu da əlavə edib ki, Azərbaycanda dini milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.

Dövlət müşaviri Kamal Abdullayev məktəbliləri maraqlandıran sualları da ətraflı cavablandırıb, şagirdlərə kitablar hədiyyə edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Bilik günündə məktəblilərə dövlət müşaviri Kamal Abdullayevin mühazirə söyləməsini yüksək qiymətləndirərək onların inkişafında bu dərsin böyük rol oynayacağına əmin olduğunu deyib. Akademikin Şamaxıda artıq ikinci dəfə belə mühazirəsinin təşkil olunduğunu xatırladan icra başçısı gənc nəslin hərtərəfli inkişafında Bilik Fondunun həyata keçirdiyi layihələrin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Sabir qəsəbə məktəbinin 10-cu sinif şagirdi Əhmədov Rauf: “Bu gün mən multikulturalizm haqqında çox böyük bilgilər əldə etdim. Bu mövzu məni çox maraqlandırır. İndi dərk etdim ki, həqiqətən bizim ölkəmiz, vətənimiz dünyada nadir dövlətlər sırasındadır ki, orada müxtəlif dinlərə, millətlərə dərin hörmət qoyulur, ehtiram göstərilir. Mən Kamal müəllimin hədiyyə etdiyi kitabları da sevə-sevə oxuyacağam”.

Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin müəllimi Vəfa Vahidova: “Artıq ikinci ildir ki, məktəbimizdə ilk dərsimizi millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev aparır. Kamal müəllimin bizim şagirdlərimizə, müəllimlərimizə yerli ziyalıların nümayəndələrinə mühazirə deməsini hər birimiz çox yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, məktəbimiz üçün olduqca böyük uğur, təhsilə elmə yönəlmiş böyük bir stimuldur. Düşünürəm ki, bu gün şagirdlərimiz akademik Kamal Abdullayevdən həm maraqlı mühazirə dinlədilər, həm onunla bir daha üzbəüz ünsiyyətdə oldular. Bu, onlar üçün böyük həyat dərsidir”.

Bilik Günü münasibətilə Bilik Fondu ümumilikdə 150-dən çox təhsil ocağında - orta ali məktəblərdə mühazirələr təşkil edib. Tanınmış ziyalılarakademiklər, professorlar, diplomatik korpus nümayəndələri, media mənsubları məktəblilər, tələbələr yerli sakinlərlə görüşüb, onlara Azərbaycanda multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.

Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın məcburi köçkün, eləcə sərhədyanı bölgələrin məktəblərində şagirdlərə maraqlı mühazirələr deyiblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 9.