Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Bilik günü böyük sevinclə qeyd olunub

 

Sentyabrın 15-də ölkəmizdə növbəti tədris ili başlandı. Bu əlamətdar günü şagirdlər, müəllimlər valideynlər həmişə olduğu kimi, bu il böyük sevinclə qeyd edirlər. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək.

Bilik günü Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində təntənəli mərasimlə qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bilik günü münasibətilə həm məktəbliləri, həm valideynləri təbrik etdi. Prezident Administrasiyasının rəsmisi bu günün ölkəmizin, xüsusilə birincilərin həyatında əlamətdar bir gün olduğunu vurğuladı. Novruz Məmmədov dedi: “15 sentyabr, bu gün birinci sinifə qədəm qoyan balacaların həyatlarının ən vacib günlərindən biridir. Çünki onlar həyatlarında çox mühüm mərhələ olan bir dövrə qədəm qoyurlar. Bu gün onlar məktəbə elmlərin sirlərinə yiyələnmək üçün gəliblər. Ona görə mən bütün ali orta məktəblərdə təhsil alacaq gənclərə uşaqlara uğurlar diləyir, müəllimlərə isə bu müqəddəs işdə həqiqi mənada xoş məramla çalışmağı arzu edirəm”.

132-134 nömrəli Təhsil Kompleksin direktoru Sona Xanlarova yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bu əlamətdar günün birincilər üçün xüsusilə önəmli olduğunu vurğuladı.

Bu gün ən çox sevinənlər övladları bu il birinci sinifə qədəm qoyan valideynlər idi. Təhsildə baş verən yeniliklərin bu il daha keyfiyyətlə davam etməsini arzuladıqlarını bildirən valideyn Aida Sadıxova yeni dərs ilində hamıya uğurlar arzulayaraq dedi: “Mən hamını təbrik edirəm. Hər kəs üçün uğurlu il olsun. Uşaqlar dərslərini yaxşı hazırlasınlar, müəllimlərini incitməsinlər”.

Bütün məktəbliləri tələbələri yeni dərs ili münasibəti ilə təbrik edən valideyn Sona Məmmədova bu günün onun üçün çox sevincili olduğunu dedi: “Mən bütün məktəblilərə uğurlar arzu edirəm, o cümlədən öz övladıma. Çünki, o bu il birinci sinifə gedir”.

Tədbirdə birinci sinif şagirdləri üçün hazılanmış rəqslər mahnılardan ibarət əyləncəli konsert proqramı təqdim olundu.

Sonra Bilik günündə ilk zəng çalındı birincilər böyük sevinclə siniflərə daxil oldular.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 10.