“ADA” Universitetinin professor tələbə heyəti şərəf andı içib

 

 “ADA” Universitetinin professor tələbə heyətinin sentyabrın 15-də Şərəf Kodeksi andının içilməsi mərasimi keçirilib. Bu tədris ilində universitetin bakalavr magistr proqramlarına 562 nəfər yerli xarici tələbə qəbul olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir “ADA” Universitetində təhsil alan tələbələrin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbirdə bu il universitetin həm bakalavr pilləsinə, həm magistraturaya qəbul olunan yerli xarici tələbələr, o cümlədən professor müəllim heyəti Şərəf Kodeksi andı içiblər. Onlar “ADA” Universitetinin rektoru Hafiz Paşayev dekanlar tərəfindənİnam rəmzihesab edilən “ADA” medalları ilə təltif olunublar.

Şərəf Kodeksinin təqdim edilməsi şərəf andının içilməsi yeni akademik ilin əvvəlində “ADA” Universitetində keçirilən ənənəvi mərasimdir. Tədbir zamanı tələbələr universitetin Şərəf Kodeksində əksini tapan öhdəlikləri öz üzərlərinə götürmək şərəf andını imzalamaq şansı əldə edirlər. Kodeksi imzalayan tələbələr dərslərinə təhsil prosesinə məsuliyyətlə yanaşmağa, özlərinə, tələbə yoldaşlarına professorlara hörmət etməyə, heç bir halda ayrı-seçkiliyə yol verməməyə, eyni zamanda, imtahanlar zamanı köçürmə, akademik layihələr zamanı plagiat kimi hallardan uzaq durmağa söz verirlər.

Tədbirdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev qısa müddətdə əldə etdikləri nailiyyətlərdən, təhsil ocağındakı sürətli inkişafdan söz açıb, uğurların davamlı olacağını diqqətə çatdırıb. Rektor bu il universitetə qəbul olan yerli xarici tələbələri, o cümlədən professor müəllim heyətini Bilik günü, yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 sentyabr.- S. 11.