Şəhidlərin xatirəsinə ehtiram
Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çex Respublikasının Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 2.