Çexiya Prezidentinin xanımıKiçik Venesiya şəhərciyi”ndə olub

 

Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 16-da Dənizkənarı Milli Parkda yerləşənKiçik Venesiya şəhərciyi”ndə olub.

AZƏRTAC xəbər verir ki, qonağa Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində əsaslı şəkildə yenidən qurulanKiçik Venesiya şəhərciyihaqqında məlumat verilib. Bildirilib ki, 1960-cı illərdə salınan şəhərcik Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeridir. Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, şəhərcik ən müasir tələblər səviyyəsində yenidən qurulub. Kiçik Venesiya şəhərciyiəvvəlki görkəmi saxlanılmaqla yeni elementlərlə zənginləşdirilib, kanallar genişləndirilib, dərinləşdirilib su keçidləri ilə birləşdirilib, buraya müasir qayıqlar gətirilib.

Xanım İvana ZemanovaKiçik Venesiya şəhərciyi”nin ərazisi ilə yaxından tanış olub.

Diqqətə çatdırılıb ki, şəhərcikdə mənalı istirahət üçün hər cür şərait yaradılıb. Milli ornamentlərlə bəzədilmiş şəhərcikdə kanalların üzərində yeni körpülər inşa olunub. Burada su anbarı sutəmizləyici sahə yaradılıb. Sutəmizləyici qurğuların köməyi ilə kanalların suyunun daim təmizlənməsi həmişə şəffaf qalması təmin edilir. Şəhərcikdə yaradılmış müasir iaşə obyektlərində həm Qərb, həm Şərq mətbəxinin ləziz nümunələri müştərilərə təqdim olunur. Kanallarda, körpülərdə tuneldə quraşdırılan işıqlandırma sistemi axşam saatlarında şəhərciyin gözəlliyini daha da artırır.

Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova əsl Venesiyanı xatırladan, öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verənKiçik Venesiya şəhərciyi”dən xoş təəssüratlarla ayrılıb.

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 2.