İran nümayəndə heyəti İqtisadiyyat Sənaye Nazirliyində olub

 

Sentyabrın 16-da iqtisadiyyat sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən ticarət nazirinin müavini, Mədənlərin inkişaf etdirilməsi mədən sənayesinin yenidənqurulması üzrə təşkilatın (İMİDRO) sədri Mehdi Kerbasiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir ölkələrimiz arasında əməkdaşlığın inkişafında Azərbaycan İran dövlət başçılarının böyük rolunu qeyd edib, qarşılıqlı səfərlərin keçirilən görüşlərin əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayenin maşınqayırma, polad istehsalı, mədən sənayesi, əczaçılıq sahələrində əlaqələrin daha da inkişafı üçün geniş potensial var. Mədən sənayesi sahəsində İranın böyük təcrübəyə malik olduğunu qeyd edən Şahin Mustafayev "Azərbaycan Polad İstehsalı" Kompleksi ilə İMİDRO arasında əməkdaşlıq imkanlarını, eləcə Azərbaycan şirkətlərinin İrana investisiya qoyuluşunda maraqlı olduğunu diqqətə çatdırıb.

İran İslam Respublikasının sənaye, mədən ticarət nazirinin müavini, Mədənlərin inkişaf etdirilməsi mədən sənayesinin yenidənqurulması üzrə təşkilatın sədri Mehdi Kerbasiyan ölkələrimiz arasında sənaye sahəsində əlaqələrin genişləndirilməsi İMİDRO-nun fəaliyyəti barədə məlumat verib. M.Kerbasiyan mədən, polad istehsalı, əlvan metallurgiya sahələrində, eləcə İranda fəaliyyət göstərən azad iqtisadi zonalarla əməkdaşlıq imkanlarından danışıb, Azərbaycan adamlarını bu sahələrə investisiya qoymağa dəvət edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 4.