Qərbdə islamofob neomüstəmləkəçi meyillər artıb

 

Qloballaşma meyilləri gücləndikcə, ABŞ Qərb dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Bu meyillər daha dəhşətli faciələrə - terrora, qətllərə digər amansız cinayətlərə yol açır. Faciə bundadır ki, dini-etnik milli ayrı-seçkiliyə yol verərək İslamı gözdən salmağa çalışan Avropa bu gün tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanı qərəzli ittihamlara məruz qoyur. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi növbəti qərəzli qətnamə bunun əyani təsdiqidir. Sentyabrın 10-da Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatdı. Bu qətnamənin qəbul edilməsi bir daha Avropa Parlamentinin açıq-aşkarikili standadartlarayol verdiyini təsdiqlədi.

Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini bir daha şübhə altına alır. Çünki Avropa Parlamentinin 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, ciddi araşdırma aparmadan əsassız qətnamə qəbul etməsinin başqa izahı ola bilməz. Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanın inkişafına qısqanc münasibətin ifadəsi kimi dəyərləndirilməlidir. Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Korrupsiya bəzi ölkələrin rəhbər şəxsləri səviyyəsində dəstəklənir. Əksər Avropa dövlətlərində müsəlmanlar açıq-aşkar təqib olunur, dini inanclarına görə təhqir edilir, sıxışdırılırlar. Bir sıra terror aktlarının məhz müsəlmanlara qarşı həyata keçirilməsi bu geosiyasi arealda ekstremist millətçilik əhval-ruhiyyəsinin gücləndiyini təsdiqləyir.

Son illərdə ABŞ Qərb dövlətlərində İslam dünyasına müsəlman ölkələrinə qarşı düşmən münasibətin güclənməsi, demokratik standartların tətbiqi adı altında onların daxili işlərinə müdaxilə halları artıb. Bir müddət əvvəl Danimarkada, ABŞ-da Qurani-Kərimin yandırılması, İsveçrədə minarələrin referendumla ləğv olunması, eləcə hicab qadağaları, müsəlman mühacirlərin diskriminasiyaya məruz qalması, qaraçıların Avropa ölkələrindən qovulması qloballaşma prosesinin lokomotivi kimi çıxış edən Avropa dövlətlərinin özündə milli-etnik dini tolerantlıqla bağlı ciddi problemlərin mövcudluğunu göstərir. Özünü Avropanındemokratiya beşiyisayan Almaniya Fransa kimi dövlətlərdə islamofobiyanın genişlənməsi xüsusilə narahatlıq doğurur. Xüsusən Ramazan Qurban bayramları ərəfəsində vəziyyət daha kəskin şəkil alır, müsəlmanlara qarşı zorakılıq halları genişlənir.

Təəssüflə vurğulamaq lazımdır ki, hələ islam əxlaqı, islam həyat tərzi, habelə, bütövlükdə islam dininə dözümlü münasibətin qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan qüvvələr var. Bir neçə il bundan əvvəl Belçikada məscidə hücum edilərək yandırılması, Almaniyadaislama yox deyəkkimi qondarma plakatların küçələrdə, ictimai yerlərdə yerləşdirilməsi, bir qrup rasistin Almaniyanın Düren şəhərindəki məscidə hücümu, FransadaFransa fransızlar üçündürkimi tələblərin səsləndirilməsi, elə bu ölkənin paytaxtında məscidin imamının ölkədən çıxarılmasına dair çıxışlar, Myanmada buddistlər tərəfindən minlərlə müsəlmanın öldürülməsi, evlərinin yandırılıması, ölkədən qovulması və.s deyilənlər bunu bir daha təsdiqləyir.

Avropa Birliyinin İnsan hüquqları üzrə komissarı Nils Muiznieksin bir müddət əvvəl quruma üzv olan ölkələrdə müsəlmanların vəziyyəti ilə bağlı hazırladığı hesabatda etiraf etmişdi ki, Avropa cəmiyyətinə inteqrasiya etmək istəyən müsəlmanlar müxtəlif təzyiqlərə məruz qalırlar. Avropa Birlyinin Əsas hüquqlar üzrə Agentliyinin sorğusuna görə Avropada yaşayan hər üç müsəlmandan biri diskriminasiyaya məruz qalıb. Avropa qitəsində antisemitizm antimüsəlman əhval-ruhiyyəsinin dözülməz həddə çatması bu insanlarınözgələrhesab edilməsi xüsusi vurğulanmışdı. Dözümsüzlüyün ifrat nümunəsi sayıla biləcək bu addımlar həm Avropada müəyyən müsəlman dövlətlərinə qarşı antipatiya formalaşdırmağa xidmət edir. İmperialist siyasət yürüdən Qərb dövlətləri bu yolla ictimai rəyi özlərinin gələcəksəlib yürüşlərinəhazırlamaq məqsədi güdürlər. Düşmən obrazı yaratmaqla Avropadakı müəyyən siyasi dairələr İraq, Əfqanıstan, Sudan, Liviya digər ölkələrə qarşı aparılan kampaniyaya haqq qazandırmağa çalışırlar. Bütün bunlarda məqsəd Qərbin müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili qarşıdurmalara sövq etmək, yerüstü yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır.

Azərbaycan müstəqilliynin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib, amma təəssüf ki, bu səmimi siyasət Qərb tərəfindən lazımnca qiymətləndirilməyib. Respublikamız müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat böyük-kiçikprinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür bunun zərərli olduğunun fərqindədir. Azərbaycan dövlətinin son hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini cəmiyyətin layiqli inkişafını təmin etməkdir. Bu hədəfləri təmin etmək üçün Azərbaycan öz xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini daha da inkişaf etdirir, yeni vektorlar müəyyənləşdirir, əməkdaşlığa səmimi olan Latın Amerikası, Avrasiya, Uzaq Şərq, Cənubi Asiya, Afrika, MDB Şərqi Avropa ölkələri ilə ikitərəfli əlaqələrini sıxlaşdırır.

Azərbaycanın sürətli inkişafı bəzi Qərb ölkələrində məyusluq hissi doğurur. Ölkəmizin əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bədnam qüvvələrin Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi hüquqi islahatların üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq cəhdləri həmişə olduğun kimi bu dəfə fiaskoya uğrayacaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 5.