Prezident İlham Əliyevin siyasi kursu ətrafında hamımız səfərbər olmuşuq

 

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə ictimaiyyət təmsilçilərinin kəskin münasibəti davam edir.

 

Bu məsələyə dair açıqlama verən Milli Məclisin deputatı, əməkdar jurnalist İmamverdi İSMAYILOV qeyd edib ki, məlum qətnamə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı növbəti siyasi avantürasıdır mən onu qəti olaraq rədd edirəm: “Azərbaycanın müstəqil siyasətini, özünəməxsus inkişaf modelini, xalqla hakimiyyət arasında mövcud olan sarsılmaz birliyini gözügötürməyən məlum qüvvələr mütəmadi olaraq təxribatçı fəaliyyətlə məşğul olurlar. Məlum xarici təsisatların yalan böhtandan ibarət bəyanatları, dünya erməniliyi ilə əməkdaşlığı şübhə doğurmayanekspertlərinqərəzli açıqlamaları nəinki reallığı əks etdirir, tam olaraq Azərbaycanı gözügötürməyən qüvvələrin sifarişlərini əks etdirir. Avropa Parlamentinin qətnaməsini mən bu kampaniyanın tərkib hissəsi kimi qəbul edirəm. Ölkəmizədemokratiyadərsi keçməyə cəhd edənlər əslində, öz ölkələrində vətəndaşların azadlıqlarının hüquqlarının qorunmasına nail olmalıdırlar”.

Deputat İmamverdi İsmayılov Avropa Parlamentinin qərəzli mövqeyinə qarşı ictimaiyyətin göstərdiyi kəskin münasibəti razılıqla qeyd etdi: “Bu mövzuda gedən müzakirələr Prezident İlham Əliyevin siyasi kursu ətrafında hamımızın bir nəfər kimi səfərbər olduğunu bir daha aydın nümayiş etdirdi. Azərbaycan Prezidenti müstəqilliyimizin inkişafımızın təminatçısıdır. Bu baxımdan, dövlət başçısına dəstək, əslində müstəqilliymizə inkişafımıza dəstək, etimaddır. Bir neçə gün öncə parlamentdə keçirilən müzakirələrdə xalqımızın bu məsələlərlə bağlı mövqeyi ifadə edildi”.

Həmin gün - parlamentin iclasından öncə, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu mühüm siyasi məsələyə həsr edilən iclasın keçirildiyini xatırladan millət vəkili bildirdi ki, işğal altındakı yurdları təmsil edən deputatlar, icra strukturlarının təmsilçiləri, ziyalılar Avropa Parlamentinin bədnam qətnaməsini müzakirə etdi: “Baş nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov avropalı parlamentarilərin əsl niyyətini, onların arxasında duran qüvvələrin məkrli planlarını geniş əhatəli şəkildə açıqladı, çox mətləblərə aydınlıq gətirdi, pozucu qüvvələrin bəd əməllərini  ifşa etdi. Təəssüf ki, Əli müəllimin bu antimilli kampaniyaya qarşı dövlətin apardığı mübarizə çərçivəsində qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı fikirləri sonradan bəzi KİV- qəsdən təhrif edildi, səhv yozuldu.

Əslində, hörmətli Əli müəllimin əsas mülahizəsi bu idi ki, ölkəmizi xaricdə təmsil edən diplomatik korpusun təmsilçiləri, diasporumuzun nümayəndələri belə taleyüklü məsələlərdə önləyici tədbirlər həyata keçirməli, həmin ölkələrin rəsmi şəxsləri, parlament təmsilçiləri ilə davamlı, ardıcıl aparmalı, ölkəmizin əldə etdiyi inkişaf barədə onlar mütəmadi olaraq qabaqcadan məlumatlandırılmalıdırlar.

Təəssüf ki, ümummilli məsələlərdə bəzi media təmsilçiləri həqiqəti yazıb, əsl faktları göstərməkdənsə, ucuz sensassiya arxasınca qaçır, ictimai rəyi çaşdırmağa çalışır, süni ajiotaj yaradırlar.

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 5.