IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

 

Sentyabrın 16-da Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında baş tutan sərki-yarmarkada 100 yerli, 30 xarici olmaqla ümumilikdə 30 ölkəni təmsil edən kitabxana, çap poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Tədbirin iştirakçılarını salamlayan mədəniyyət turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən bu ilki kitab sərgi-yarmarkasına böyük maraqlı olduğunu bildirib. Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, "dəyirmi masalar"ın, müzakirələrin aparılacağını söyləyib.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamına uyğun olaraq reallaşdırılır.

Əbülfəs Qarayev son illərdə Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açaraq bildirib ki, keçən il ölkəmiz 15-dək beynəlxalq kitab sərgisində iştirak edib. Diqqətə çatdırılıb ki, Azərbaycan hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm Heydər Əliyev Fondunun nəşrləri yer alır. Azərbaycanda son vaxtlar vahid elektron kitabxana sistemi adlandıran ALISA-nın tətbiqinə başlanılacağını qeyd edən nazir, sərgi çərçivəsində bu sistemin təqdimatının olacağını da diqqətə çatdırıb.

Əbülfəs Qarayev kitab nəşriyyatı sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq , kitabın təbliği yayılması, dərsliklərin, lüğətlərin, tərcümə elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

"Təhsil", "Şərq-Qərb", "Adiloğlu", "Yazıçı", "Əli Nino", "Apostrof" digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış "20 Yanvar - Tariximizin qanlı şanlı səhifəsi" kitab-albomu", "Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi", "Xocalı XX əsrin soyqırımı", "Dövlət siyasətinin informasiya təminatı", "Heydər Əliyev AZƏRTAC", "Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi inkişaf mərhələləri", "AZƏRTAC-dan AZƏRTAC-a mürəkkəb şərəfli yol" digər kitablar sərginin ziyarətçilərində daha böyük maraq doğurub.

Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Elçin Əfəndiyev belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib.

Xalq yazıçısı bildirib ki, iştirakçılar yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 17 sentyabr.- S. 6.