BakıdaDini milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolumövzusunda Beynəlxalq Forum keçirilir

 

Sentyabrın 16-da Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi iləDini milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolumövzusunda Beynəlxalq Forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Forum dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədilə təşkil olunub.

Forumu açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından önəmli olduğunu deyib. Bildirib ki, bu gün sadə insanların milli, dini heysiyyatı, azad sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq medianın mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur.

Mediadan cəmiyyəti parçalamaq, azlıqlara qarşı nifrət oyatmaq kütləvi zorakılıqları birbaşa təşviq etmək kimi istifadə edilməsinə dair nümunələr az deyil. Bu gün dini inancların təhqir edilməsi, milli etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması əslində Qərb Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır.

Təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirəyə ehtiyacı olduğunu xatırladan BAMF-ın sədri qeyd edib ki, əsas məqsəd sülhün, tolerantlığın, multikulturalizmin açar elementlerini aydınlaşdırmaq təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salmaq, mümkün təcrübələri paylaşmaqdır.

Tədbirdə bildirilib ki, tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

Forumda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olduğunu vurğulayıb. Bildirib ki, burada ayrı-ayrı etiqad inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən söz açan Dövlət müşaviri qeyd edib ki, bu yay 11 ölkədən universitet tələbələri Azərbaycanda multikulturalizmi öyrənmək öz ölkələri ilə müqayisə aparmaq üçün müraciətlər ediblər. Biz bu məqsədlə onları Azərbaycana dəvət etdik, müxtəlif bölgələrə səfərlərini təşkil etdik. Səfər çərçivəsində özləri vəziyyətlə tanış oldular. Bu tədbirin iştirakçılarının da belə bir fürsəti var. Onların da bölgələrə gedib Azərbaycan reallıqlarının şahidi olmalarını istəyərdik.

Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə öyrətməyə çalışırıq. Cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik bunun üçün əlimizdən gəlirsə etməyə çalışırıq.

Bahar Muradova vurğulayıb ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.

Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb.

Komitə sədri Avropada son günlər davam edən qaçqın problemi haqqında da danışıb, bu problemin əsas səbəbinin dini milli dözümsüzlük olduğunu deyib. O vurğulayıb ki, dini məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev müzakirə edilən məsələlərlə bağlı medianın görəcəyi işlərdən söhbət açıb. Qeyd edib ki, media dini münasibətlərin tənzimləməsində rol oynaya bilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib ki, Azərbaycan mediasında hər zaman dini mənəvi dəyərlərlə bağlı mövzular ön planda olub. Hazırda milli tolerantlıq mövzusunda mediada saysız-hesabsız informasiyalar var. Mediada dini daha düzgün işıqlandırmaq üçün jurnalistika fakültəsində dini biliklər verilə bilər.

Sonra Forum işini panel iclaslarda davam etdirib.

Qloballaşma dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini qeyri-dini inanclara tolerant yanaşmada medianın rolu”, “Multikulturalizmin, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi bu proseslərdə Azərbaycan modeli”, “Ayrı-seçkilik, dözülməzlik zorakılığın bütün formaları ilə mübarizədə dini qeyri-dini inancların töhfəsimövzularında müzakirələr aparılıb.

Sentyabrın 19-dək davam edəcək Forumun iştirakçılarının Quba, Qəbələ, Şəki Qax rayonlarına səfərləri nəzərdə tutulub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 6.