2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndəsinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 19/140

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası səlahiyyətli nümayəndə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci,  28.4-cü 52-ci maddələrinə əsasən qərara  alır:

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndəsi maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndə:

Mahmudbəyli Ruslan Ağahüseyn oğlu

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Zamanov Bağır Nadir oğlu

Orucov Elşən Habil oğlu

İmanov Oruc Həsən oğlu

İbrahimov Mehman Fəhmi oğlu

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

16.09.2015

 

Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 6.