Bəzi dairə seçki
komissiyalarının tərkibində
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
Qərarı
Qərar № 19/141
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Gövhər Qasım qızı Həsənova 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
2. Gövhər Qasım qızı Həsənova 9 saylı Binəqədi ikinci, İradə Camal qızı Kərimli 17 saylı Yasamal üçüncü, İlhamə Rəhbər qızı Yusifova 49 saylı Yevlax-Mingəçevir, Xəyyam Vahid oğlu Həsənov 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.09.2015
Azərbaycan.- 2015.- 17 sentyabr.- S. 6.