Azərbaycan Texniki Universitetində IV Beynəlxalq elmi konfrans işə başlayıb

 

Sentyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Almaniyanın Rostok Universiteti Türkiyənin 9 Eylul Universiteti ilə birlikdə təşkil etdiyiTexniki vacib materialların istilik-fiziki mexaniki xassələrimövzusuna həsr edilmiş IV Beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda dünyanın 13 ölkəsindən 100-dən çox nümayəndə iştirak edir.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

AzTU-nun rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib, müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb.

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Respublikasının Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Türkiyənin 9 Eylul Universitetinin professoru İsmail Tavman başqaları müzakirə olunan məsələnin bu gün üçün xüsusi dəyər daşıdığını bildirib, texniki vacib materialların istilik-fiziki mexaniki xassələrinin tədqiqi sahəsində aparılan elmi işlərin perspektivli olduğunu söyləyiblər.

Konfransda ABŞ-ın Merlend Universitetinin professoru Mixail AnisimovunSoyuq suyun xassələri”, Almaniyanın Rostok Universitetinin professoru Eqon HasselinDaxiliyanma mühərriklərinin termodinamik xassələrinin yaxşılaşdırılmasımövzusunda məruzələri dinlənilib.

Qeyd edilib ki, texniki vacib materialların istilik-fiziki mexaniki xassələrinin öyrənilməsi sahəsində son illər bir çox tədqiqatlar aparılıb müsbət nəticələr əldə edilib. AzTU-da bu sahədə aparılan genişmiqyaslı araşdırmalar da maraqlı nəticələr əldə etməyə imkan verir. Universitetinİstilik soyuqluq texnikası”, “Konstruksiya kompozisiya materiallarının texnologiyası”, “Metallurgiya metalşünaslıqkafedralarında müxtəlif elmi işlər aparılır, texniki vacib materialların istilik-fiziki mexaniki xassələrinin tədqiqi ilə bağlı universitetin alimləri dünyanın məşhur elm mərkəzləri ilə sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlığın nəticəsi olaraq alifatik spirtlərin, elektrolitlərin sulu qeyri sulu məhlulların, alternativ enerji mənbələrinin, dəniz, geotermal çay sularının, yanacaqların s. geniş hal parametrlərində dünyada ilk dəfə istilik-fiziki xassələri öyrənilib.

Son illər alimlər tərəfindən yeni tərkibli kompozisiya materialları işlənib, onların struktur xassələri öyrənilib. Tərkibində olan nikeli xrom molibdenlə əvəz etməklə yeni bişirilmiş yüksək sıxlıqlı ovuntu poladları alınmış strukturu, xassələri tədqiq edilib. Həmin materialların digər xassələri AzTU-nun “Metallurgiya metalşünaslıqkafedrası tərəfindən tədqiq edilərək perspektivli nəticələr əldə edilib. Hazırda bu istiqamətdə tədqiqatlar müxtəlif elm mərkəzləri ilə əməkdaşlıq şəraitində davam etdirilir.

Konfrans sentyabrın 18-də öz işini davam etdirəcək. Beş bölmə üzrə keçirilən iclaslarda 100-dən artıq mühazirə çıxış dinləniləcək.

 

Azərbaycan.- 2015.- 18 sentyabr.- S. 12.