“15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının
fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2014-cü il 28 oktyabr tarixli 1090-IVQD nömrəli
Qanununun tətbiqi və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının
2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 10 fevral tarixli 108 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
28 noyabr tarixli 384 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1090-IVQD nömrəli Qanununun tətbiqi və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 fevral tarixli 108 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 384 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1424) 1.2-ci bəndində “üç ay müddətində” sözləri “2019-cu il iyunun 1-dək” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 3.