Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmişReklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmişReklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nıAzərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 704; 2003, № 10, maddə 563; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69; 2008, № 1, maddə 8; 2012, № 11, maddə 1082; 2013, № 5, maddə 497; 2014, № 9, maddələr 1027, 1067, № 10, maddə 1185) ilə təsdiq edilmişReklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bəndə  sənədlərinə əsasənsözlərindən sonradövlət mühafizəsində olan daşınmaz tarix mədəniyyət abidələrinin yerləşdiyi ərazidə, onların mühafizə zonasında abidələrin üzərində reklam digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin razılığı iləsözləri əlavə edilsin.

2. 2.9-cu bənddə,dövlət orqanlarının binalarının, məscid ibadətgahların ərazilərində reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Memarlıqsözlərimemarlıqsözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 2.