Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununa  əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli FərmanınıDini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununa  əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 329; 2012, № 4, maddə 294; 2013, № 8, maddə 908) 2.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.7-ci 2.8-ci bəndlər əlavə edilsin:

“2.7. həmin Qanunun 22-ci maddəsinin dördüncü hissəsində beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.8.  həmin Qanunun 22-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 19 sentyabr.- S. 2.